Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda fahişəliklə məşğul olan kişini şantaj etdilər

Tarix: 05-02-2019 13:34     Baxış: 6185 A- / A+
Bakıda fahişəliklə məşğul olan kişini şantaj etdilər

Bakıda fahişəliklə məşğul olan kişidən şantaj yolu ilə pulları alınıb.

Manevr.az bildirir ki, bu barədə "Sputnik-Azərbaycan" yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

31 yaşlı Gəncə sakini (adının göstərilməsi etik baxımdan məqsədəuyğun sayılmayıb - red.) bununla bağlı Sabail rayonu 39 saylı Polis Bölməsinə şikayət edib. Şikayətçinin sözlərinə görə, fevralın 2-də 21:00 radələrində R.N. ilə intim xarakterli görüşü olub. Ancaq həmin görüşdən sonra kişi onu biabır edəcəyi ilə şantaj etməyə başlayıb.

Susması müqabilində həmin şəxs şikayətçidən min manat pul tələb edib. Sonradan zərərçəkəndən daha 370 manat pul alıb. Bundan başqa, cinayətkar Gəncə sakininin iki mobil telefonu, şəxsiyyət vəsiqəsi və pasportunu əlindən alıb.

Bundan sonra şantajçı sənədlərinin qaytarılması üçün daha 600 manat istəyib.

İstintaqın gedişində əməliyyatçılar şübhəli şəxsin izinə düşüb və onu saxlayıb. Saxlanılan şəxs 37 yaşlı Naxçıvan (Babək rayonu) sakini R.N.-dir. Ona qarşı hədə-qorxu yolu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar