Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Küçəyə atılan uşaqların nənəsi danışdı - 11 ildir qızından xəbərsizdir...

Tarix: 05-02-2019 10:16     Baxış: 4195 A- / A+
  Küçəyə atılan uşaqların nənəsi danışdı - 11 ildir qızından xəbərsizdir...

Bərdədə iki azyaşlı uşağını küçəyə atan qadınla bağlı yeni faktlar ortaya çıxıb.
Manevr.az azvision.az -a istinadən xəbər verir ki, Qazax rayonunun Kəmərli kənd sakini olan Yeganə Nemət qızı Osmanovadan valideynləri illər öncə imtina edib. Qadının qohumları küçədən tapılan uşaqların atasını tanımadıqlarını deyirlər.

Yeganənin anası Yasəmən Osmanova 11 ildir ki, qızından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, Yeganə 5 ay evli olub. Sonra ailəsindən boşanaraq atasının evinə qayıdıb. Bir ildən sonra evdən qaçaraq başqa bir kişi ilə qeyri-rəsmi münasibət qurub.

"El qaydası ilə ərə getdi. Onu vağzalı ilə evdən yola saldıq. 5-6 aydan sonra qayıtdı gəldi. 1 il evdə qaldı, ondan sonra çıxıb harasa getdi. Birinci nikahdan uşağı yox idi".

O, nəvələrini heç vaxt görmədiyini söyləyib: "Uşaqların atasını tanımırıq. Məlumatımız yoxdur. Yeganə 11 il əvvəl evdən çıxıb. Həmin vaxtdan onunla əlaqəni kəsmişik. Artıq yaddan çıxarmışıq. Nə etdiyini, kiminlə yaşadığını da bilmirik. Belə bir insan bizim həyatımızda yoxdur".

35 yaşlı Yeganə Osmanova evdən qaçdıqdan sonra yüngül həyat tərzi keçirməyə başlayıb. 2008-ci ildən indiyədək ailəsi onunla maraqlanmayıb.

Qeyd edək ki, ötən gün Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar