Xəbər lenti
Daha bir karvan yola çıxdı, bu dəfə Binəqədinin qəsəbələrinə... - ŞƏKİLLƏR
“Azərişıq” ASC Bakının Binəqədi rayonunun bir sıra qəsəbələrində elektrik enerjisi şəbəkəsinin yenidən qurulmasına başlayır. ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin virtualaz.org-a bildirdiyinə görə bu məqsədlə müasir KTM-lər (Kompleks Tranformator Məntəqəsi), SİP-kabellər, elektrik dirəkləri və digər zəruri mal-materiallarla yüklənmiş avtomobil karvanları günorta saatlarında “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə yola salınıb.
T.Mustafayev bildirib ki, son illər həmin qəsəbələr sürətlə böyüyüb, çoxlu sayda yeni yaşayış məhəllələri salınıb. Lakin zəruri infrastruktur yaradılmadan həyata keçirilən kortəbii məskunlaşmanın nəticəsi olaraq bu ərazilərdə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatında da problemlər yaranırdı. Çünki köhnə xətlər və transformatorlar abonentlərin sayının sürətlə artması nəticəsində yaranan ifrat yükləməyə davam gətirmirdi, habelə elektrik enerjisinin itkiləri artırdı.
“Bildiyiniz kimi son illər prezident İlham Əliyevin Azərbaycanda hər bir abonentin sutkanın 24 saatı boyu elektrik enerjisi ilə fasiləsiz təchiz olunmasına dair qarşıya qoyduğu vəzifələrə uyğun olaraq “Azərişıq” ASC tərəfindən həm ölkənin regionlarında, həm Bakı ərafında yeni salınan qəsəbələrdə elektrik enerjisi şəbəkələrinin yenidən qurulması həyata keçirilir. Masazır, Məhəmmədi, Yeni Saray, Ceyranbatan və digər ətraf qəsəbələrdə işlər artıq yekunlaşıb. İndi isə Binəqədi rayonunun ərazisində yeni salınmış qəsəbələrin və məhəllələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulmasına başlanılıb. Bu məqsədlə “Azərişıq” ASC-nin mərkəzi təchizat anbarından müasir avadanlıqlarla, zəruri mal-materiallarla yüklənmiş 12-yə qədər ağırtonnajlı yük maşını karvan şəklində həmin qəsəbələrə göndərilib”-T.Mustafayev deyib.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri xatırladıb ki, bu 2019-cu ilin tədbirlər planı əsasında həyata keçiriləcək yenidənqurma və təmir-tikinti işləri ilə bağlı yola salınan ikinci yük karvanıdır. Bundan əvvəl, yanvarın 30-da Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin İnzibati ərazilərindən Beyləqan rayonu ərazisinə yeni avadanlıqlar , mal-materialla yüklənmiş maşın karvanı yola salınmışdı. virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar