Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bəzi zırramalar elə bilirlər ki... - Deputatlardan sosial şəbəkələrə ETİRAZ

Tarix: 04-02-2019 14:53     Baxış: 4243 A- / A+
Bəzi zırramalar elə bilirlər ki... - Deputatlardan sosial şəbəkələrə ETİRAZ

"Bəzi zırramalar elə bilirlər ki, sosial şəbəkələrdə ağızlarını açıb nə istəsə, deyə və yaza bilərlər"

Son illərdə bütün dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir.

Parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında sosial şəbəkələrin tənzimlənməsinə və bununla bağlı müvafiq qanunlara əlavə, dəyişikliklərin edilməsinə zərurətin yarandığı deyilib. Hətta bəzi deputatlar çıxışlarında sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsini istəyiblər.

Maraqldıır, Azərbaycanda sosial şəbəkələrin üzərində nəzarətin gücləndirilməsinə və bununla bağlı qanunverciliyə dəyişikliklərin edilməsinə ehtiyac varmı?

Məsələ ilə bağlı Milli Məclisin deputatları fikirlərini modern.az-a bölüşüblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, dəfələrlə onun sosial şəbəkələrdə, bəzi kütləvi informasiya vasitələrində təhrif olunmuş fikirləri yerləşdirilib:

"Məsələn, guya mən demişəm ki, Facebook bağlansın. Bəzi sosial şəbəkə səhifələri, saytlar var ki, ancaq söyüş və təhqir paylaşmaqla məşğuldurlar. Onlar sağlam fikirləri ora yerləşdirmirlər. Axı, belə olmaz... Sosial şəbəkələrdə belə bir şey qoyublar ki, Hadi Rəcəbli deyib ki, mənim nəvələrim baxır, söyüş söyməyin. Mən orada pis söy deməmişəm ki... Bu söz təkcə mənim deyil, millətin sözüdür. Sosial şəbəkələrdə təhqir, şərəf və ləyaqətin alçaldılması yolverilməzdir. Bu, ölkəmizin qanunlarında da öz əksini tapıb. Bunu edənlər mütləq cəzalanmalıdır.

Hesab edirəm ki, mütəmadi olaraq qaydaları pozan, insanları təhqir edən, onların şərəf və ləyaqətini alçaldan sosial şəbəkə səhifələri, saytlar beynəlxalq hüquq normalarına və qanunlara söykənərək bağlanmalıdır.

"Biz demirik ki, Faceebook, o biri sosial şəbəkələr olmasın. Bildiyimiz ki, deputatın toxunulmazlıq hüququ var. Amma bu gün bəzi sosial şəbəkələrdə 10 deputatın şəklini qoyurlar və yazırlar ki, 10 milyarder. Bunu yazan öncə sübut etməli, faktlara söykənməli sonra isə dərc etməlidir. Hüquqi əsası və sübutu olmayan heç bir məlumat yazılmamalıdır.
Məsələn, elə sizin sayt - Modern.az oxucu tutmaq üçün iyrənc vasitələrə əl atmır. Düz yolunu tutub gedir, sadəcə və sadəcə informasiya yaymaqla məşğuldur. Fürsətdən istifadə edib rəhbərlik başda olmaqla hər birinizə təşəkkür edirəm".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Araz Əlizadə deyib ki, bəzi sosial şəbəkələrdə insanlar təhqir olunurlar:

"Hesab edirəm ki, belə sosial şəbəkələrin olmağındandırsa, olmamağı daha yaxşıdır. Ancaq elə sosial şəbəkələr də var ki, insanlar orada fikir mübadiləsi aparırlar. Hesab edirəm ki, belə sosial şəbəkələr də olmalıdır. Təhqir, yalan yazılan sosial şəbəkə səhifələri nəzarətə götürülməldir. Bu hallar təkcə Azərbaycanda yoxdur, bütün dünyada var. Almaniyada, ABŞ-da və s ölkələrdə sosial şəbəkələrin nəzarətə götürülməsi ilə bağlı qanunlar qəbul edilib. Bəzi zırramalar elə bilirlər ki, sosial şəbəkələrdə ağızlarını açıb nə istəsə, deyə və yaza bilərlər".

Deputat bildirib ki, 2013-cü ildə keçirilən prezident seçkilərində nümayəndəsi onun adından sosial şəbəkədə profil açmışdı:

"Ancaq seçkidən sonra dedim ki, həmin profili bağlasınlar. Bu gün sosial şəbəkələrdə saxta "Araz Elizade" profili var. Bunun isə mənə heç bir dəxli yoxdur. Adımdan saxta profilin açılmasına görə də heç bir yerə müraciət etməmişəm. Çünki elə adamlar sevinirlər ki, sən onlara reaksiya verirsən və s. Hətta mənim adımdan yalan məlumatlar da yayırlar. Yenə də heç hara müraciət etmirəm. Bunu hamı bilsin ki, mən sosial şəbəkələrdən istifadə etmirəm və orada yoxam".

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev qeyd edib ki, sosial şəbəkələrdə təhqir, saxta profillərdən istifadə edən, başqaları haqqında yanlış fikir formalaşdıran şəxslərə nəzarət gücləndirilməlidir:

"Bununla bağlı qanunvericiliyə dəyişikliklər də edilib. Sadəcə olaraq nəzarət mexanizmi üzərində iş gedir. Bu nəzarət mexanizmi tapılsa və həyata keçirilsə, daha da yaxşı olar. Çünki kiminsə haqqı çatmır ki, başqasını təhqir etsin, söyüş söysün, onun haqqında yanlış fikir formalaşdırsın. Bu hallar təkcə sosial şəbəkələrdə deyil, həyatda da normal qarşılanmır. Hətta cinayət tərkibi də daşıyır".

Naqif Həmzəyev uzun illərdir ki, sosial şəbəkələrdən istifadə etdiyini deyib:

"Mən Facebook, Instagram olmazdan əvvəl digər ünsiyyət vasitələri olan MSN, Skype və s-dən istifadə etmişəm. Hər zaman sosial şəbəkələrin, internet məkanının müsbət və mənfi tərəfləri olub. Ancaq məni narahat edən konkret bir məsələ var. O da bundan ibarətdir ki, bəzi şəxslər saxta şəkillərdən, profillərdən istifadə edirlər. Hətta elələri də var ki, istədikləri fikirləri paylaşırlar, yazırlar. Ancaq həmin şəxslə görüşən zaman isə dediyini təkzib edir. Kompüterin arxasında şirə, pələngə dönənlər də var. Bax, bu məsələlər məni narahat edir. Fikrimcə, məkanından və yerindən asılı olmayaraq kiminsə kimisə təhqir etməsinə, onun şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməsinə haqqı çatmır. Bu, qanunla da qadağandır. Sosial şəbəkələrin müsbət tərəfi ondan ibarətdir ki, məsafələri yaxınlaşdırır. Çünki sosial şəbəkələr vasitəsilə istənilən fikri asanlıqla ictimailəşdirə, seçicilərimlə, dostlarımla, izləyicilərimlə ünsiyyət qura bilirəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar