Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hər bir mobil telefon, sosial şəbəkə istifadəçisi nəzarətdədir — Texnologiya nəhəngləri sizi necə izləyir?

Tarix: 03-02-2019 22:23     Baxış: 4351 A- / A+
Hər bir mobil telefon, sosial şəbəkə istifadəçisi nəzarətdədir

Telefonunuzdakı hərəkətliliyi izləmək, mesajlarınızda tədqiqat aparmaq və sizin məlumatlarınızı üçüncü tərəf şirkətlərə ötürmək...

Manevr.az
milli.az-a istinadən bildirir ki, bu, sizin bəzi texnologiya şirkətlərinin tətbiqetmələri və səhifələrində qeydiyyatdan keçərkən razılaşdığınız məqamlardan sadəcə üçüdür. "BBC"-nin araşdırması göstərib ki, "gizlilik siyasəti və şərtlərdə" istifadə olunan bəzi "dilləri" anlamaq üçün bəzən universitet təhsilinə ehtiyac var. Bununla yanaşı, məlumatların necə istifadə olunduğu ilə bağlı bəzi təəccüblü reallıqlar da var.

1. Sizin harda olduğunuz izlənilir - buna icazə verməsəniz belə

Tətbiqetmələrin bir çoxu telefonunuzun GPS funksiyası vasitəsilə sizin dəqiq ünvanınız barədə məlumatlar almağa çalışır. İstifadəçilər bundan imtina edə bilərlər. Lakin hətta imtina etdikdən sonra belə, onlar sizin harda olduğunuz barədə məlumat ala bilir.

Misal üçün, "Facebook GPS"dən kənar sizin yeriniz barədə məlumatlar ala bilir. Şirkət sizin İP ünvanlarınız, harda olduğunuz barədə qeydləriniz və işirak etdiyiniz tədbirlər vasitəsilə yeriniz haqda məlumat toplayır.

Həmçinin "Twitter" də sizin hazırki yerinizlə bağlı məlumatları İP ünvan və cihazın parametrlərindən "istəyir". Bu, sizin hesabınızı "təhlükəsiz və etibarlı qurmağa və qorumağa" imkan verir.

2. Şirkətlər məlumatlarınızı öz filial şirkətlərinə ötürür...

Siz "şərtlər və qaydalar"la razılaşanda məlumatlarınızı adətən konkret şirkətlə paylaşmırsınız, eləcə də bir çox alt qrup şirkətlər var.

Misal üçün, tanışlıq tətbiqetməsi olan "Tinder"in topladığı məlumatlar tətbiqetmənin məxsus olduğu "Match Group" şirkətinin alt şirkətləri olan "OkCupid", "Plenty of Fish", və "Match.com"la paylaşılır.

"Tinder" məlumatların paylaşılmasının tətbiqetmənin işlədilməsi, müştəri xidmətləri, marketinq və hədəf reklamı və eləcə də istifadə qaydalarını pozan istifadəçilərin uzaqlaşdırılması məqsədi daşıdığını deyib.

"LinkedIn" 2016-cı ildə "Microsoft" şirkəti tərəfindən alınıb. Onun gizlilik siyasətində deyilir ki, "şirkətin təklif etdiyi digər xidmətlərdən, eləcə də "Microsoft" daxil olmaqla digər daxili şirkətlərin xidmətlərindən istifadə etdiyiniz zaman sizin məlumatlarınız toplana bilər".

3. ... və əlbəttə ki, üçüncü tərəf şirkətlər

Siz tətbiqetmələrin öz qaydalarını oxumalı olduğunuz bəs deyilmiş kimi, həm də orda qeyd olunan digər şirkətlərin qaydalarını oxumağınız da tələb oluna bilər.

"Amazon" şirkəti məlumatlarınızı üçüncü tərəflə paylaşa biləcəyini deyir: onlar istifadəçilərin gizlilik siyasəti və istifadə qaydalarını çox diqqətli oxumalı olduğunu bildirir.

Əgər "Apple" məhsulları istifadə edirsinizsə, bilin ki, sizin məlumatlarınız informasiyanın toplanması, kreditlərin verilməsi və s xidmətlər göstərən şirkətlərlə paylaşılır.

"Wikipedia" isə sizin şəxsi məlumatlarınızı üçüncü tərəflə marketinq məqsədilə paylaşmır.

4. "Tinder" "hərəkət" məlumatlarını belə toplayır

Bəzən tətbiqetmələr ad, yaş və yerlə bağlı məlumatları toplamaqla kifayətlənmir.

Tanışlıq tətbiqetməsi olan "Tinder" telefonunuzun hərəkətliliyini və telefonunuzu hansı formada və bucaqda saxladığınızı belə öyrənir. Şirkət bu məlumatların nə üçün istifadə olunduğunu demir.

5. "Facebook" sizin "silinmiş axtarışlarınızı" saxlayır

"Facebook" axtarış tarixçəsini silmək funksiyası ilə istifadəçilərə tarixçənin silindiyi təəssüratını verir.

Əslində isə tarixçə silinmir.

Şirkətin məlumat siyasətində qeyd olunur ki, siz axtarış tarixçəsini istənilən vaxt silə bilərsiniz, lakin "tarixçə bazadan 6 aydan sonra silinəcək".

6. Hətta tətbiqetmədə olmayanda belə izlənmək

"Facebook" tətbiqetmədən kənarda olanda, hətta tətbiqetmədə qeydiyyatdan keçmədikdə belə məlumatlarınızı izləyir.

Şirkətin məlumat siyasətində deyilir ki, onlar "reklamçılar, tətbiqetmə mühəndisləri və nəşr şirkətləri" ilə əməkdaşlıq edir və onlar şirkətə "sizin "Facebook"dan kənar nə etdiyiniz haqqında" məlumat verir.

Bu məlumatlara sizin cihazınız, daxil olduğunuz səhifələr, alış-verişləriniz, gördüyünüz reklamlar və s aiddir.

7. "LinkedIn" şəxsi mesajlarınızı oxuyur

Əgər şəxsi mesajlarınızın "şəxsi" olduğunu düşünürsünüzsə, yanılırsınız.

"LinkedIn"in gizlilik siyasətində şirkətin "avtomatik mesaj oxuma texnologiyasından" istifadə etdiyi deyilir.

"Twitter" isə sizin mesajlarınızı saxlayır və "emal edir". Şirkət bu məlumatları xidmətdən istifadəni daha yaxşı anlamaq məqsədilə sizin kimlərlə əlaqə qurmağınızı üçün istifadə edir, lakin mesajların içini oxumur.

8. Əgər yaşınız 18-dən azdırsa, valideynləriniz də sizinlə bir oxumalıdır

"Apple" şirkətinin qaydalarında deyilir ki, yaşı 18-dən az olanlar razılaşmanın tam dərk edildiyini təmin etmək məqsədilə qaydaları valideynləri və ya qəyyumları ilə birgə oxumalıdırlar.

"BBC"nin araşdırması göstərir ki, gizlilik siyasəti və istifadə qaydalarını oxumaq böyük insan üçün orta vaxtla 40 dəqiqə vaxt deməkdir.

9. "iPhone" telefonunuzu nüvə silahı düzəltmək üçün istifadə etməyin

"Apple" şirkəti İngiltərədə istifadəçilərinə tətbiq etdiyi istifadə qaydalarında deyir ki, şirkətin məhsulları "ABŞ qanunlarında qadağan olunan hər hansı məqsədlərlə" istifadə edilməsin.

Onların izahatına görə, bu, şirkətin məhsullarını "nüvə, raket, kimyəvi və ya bioloji silahların hazırlanması, dizaynı, istehsalında istifadəni məhdudlaşdırmadan qadağan edir".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar