Xəbər lenti
İnsanların ən qorxulu icadı – Çörəkdən niyə imtina etməli?
Çörək bir çox xalqların gündəlik qida rasionlarının ayrılmaz hissəsidir. Lakin son zamanlar həkimlər çörək məhsullarının tərkibində olan rafinə olunmuş unun, mayanın və bir sıra digər qatqı maddələrinin insan sağlamlığına ciddi təhlükə yaratdığını bildirirlər. Buna görə də, mütəxəssislər sağlam qidalanmanın ən başlıca şərtinin çörəyin qida rasionundan tamamilə çıxarılması olduğunu bildirirlər.
Bir çox insanlarda çörəkdən imtina etdikdən sonra yüngülləşmə, ağrıların və çəkinin azalması müşahidə edilir.
Həkim-təbiblərin də çörək haqda fikirləri eynidir: "Müasir çörək insanın ən qorxulu icadlarından hesab edilir. Əgər maya ilə hazırlanmış çörək yeyildikdə, maya qana keçərək çoxalmağa başlayır, bədənin vitaminlərini, mikroelementlərini və zülallarını istifadə edirlər. Həm də eyni zamanda onlar öz tullantı maddələrini - toksinləri ifraz edərək orqanizmdə parazit kimi yaşayırlar. Bundan əlavə, onlar bağırsaqda, qanın plazmasında yaşayaraq çoxalırlar. Bu müxtəlif intoksikasiya, göbələk xəstəlikləri, immunitetin pozulması kimi problemlərə səbəb ola bilər ki, bu da bir sıra xroniki və onkoloji xəstəliklərə yol açır".
Həkimlər bildirirlər ki, əgər, çörək yeməyi saxlasanız, o zaman yalnız 5 ildən sonra bədəninizdə olan maya göbələklərindən azad ola bilərsiniz.
Maya göbələyinin təqribən 500 növü var. Onlardan yalnız 30-u insan sağlamlığı üçün zərərlidir.
Son illərdə göbələk xəstəlikləri ilə çox insan xəstələnir və bu problemlər dərman ilə müalicə olunmurlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar