Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanın o təyyarələri vurmaq imkanı var” – Hərbi ekspert

Tarix: 02-02-2019 09:32     Baxış: 3260 A- / A+
“Azərbaycanın o təyyarələri vurmaq imkanı var”

Rusiyanın Ermənistana 4 ədəd Su-30SM qırıcı təyyarəsi satması Azərbaycanı narahat etməlidir. Bu ciddi faktdır. Qırıcıların sayının az olması mənzərəni dəyişmir. Ermənilər bu təyyarələrdən sabah Dağlıq Qarabağda istifadə edə bilər. Biz, hamımız bundan narahat olmalıyıq.

Manevr.az
xəbər verir ki, bu fikirləri teleqraf.com-a hərbi ekspert Azad İsazadə Rusiyanın Ermənistana 4 ədəd Su-30SM qırıcı təyyarə satması haqda mətbuatda çıxan xəbəri şərh edərkən deyib.

Ekspert əlavə edib ki, erməni tərəfi bu təyyarələri Dağlıq Qarabağda istifadə etmək qərarını versə, Azərbaycan tərəfinin onu vurmaq imkanları var: “Amma burada bir məqam var. Təyyarə də rus texnikasıdır, onu vuran silah da Rusiya istehsalıdır. Adətən hava hücumundan müdafiə sistemlərində xüsusi kodlar var. Bu kodlara əsasən, silah döyüş vaxtı öz təyyarəsini vurmur. Bu kompüter sistemidir və qarantiya yoxdur ki, sabah hər iki tərəf bu problemlə üzləşməsin. Əlbəttə, biz misal kimi Suriyaya verilən hava müdafiə sistemlərinin elə Rusiya istehsalı olan təyyarəni vurmasını göstərə bilərik. Bu onu göstərir ki, Suriya tərəfi tanınma kodlaşmanı silah qurğusundan götürüb və bu səbəbdən də raket öz təyyarəsini tanımayıb. Yəni belə hallar da olur. Ola bilsin ki, bizdə də kodlaşma dəyişdirilib və ciddi problemlə üzləşməyəcəyik”.

Azad İsazadə deyib ki, hərbi-siyasi baxımdan 4 ədəd SU-30 SM qırcısının Ermənistana verilməsi Nikol Paşinyana hədiyyə hesab oluna bilər: “Həm də söhbət silahın əvvəlcədən və avansla Ermənistana verilməsindən gedir. Üstəlik bu təyyarələrin birinin qiyməti 50 milyon dollar civarında olduğu təqdirdə Ermənistana 25 milyon dollara verilir. 4 təyyarənin ümumi qiyməti 100 milyon dollardır. Ermənilər bu məbləği hansısa formada ödəməlidir. Aydındır ki, onlar Rusiyadan kredit götürüb ödəyəcək. Nəzərə almaq lazımdır ki, havayı pendir ancaq tələdə olur. Bu həm də Ermənistanın qərbyönlü yoldan çıxması və Rusiyanın təsiri altında qalmasına hesablanıb. Əks təqdirdə Rusiyanın Ermənistan daxilində təsiretmə alətləri var. Bu alətlərdən biri də Azərbaycanın torpaqlarının işğaldan azad etməyə başlayarsa, Rusiyanın kənardan baş verənləri müşahidə etməsi variantıdır. Bu, erməniləri ciddi narahat edən məqamdır.”.

Məlumat üçün bildirək ki, Ermənistan tərəfi hələ bir neçə il əvvəl Su-30SM qırıcısı almaq istəyib, sonradan maliyyə problemi səbəbindən bu, baş tutmayıb. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra danışıqlar yenidən başlayıb və 4 ədəd təyyarənin Ermənistana satılması haqda razılıq əldə edilib. Su-30SM qırıcılarının bazar qiyməti 50 milyon dollara yaxındır. Lakin silahlanmadan və modifikasiyadan asılı olaraq qiymət arta, yaxud azala bilər. Belə ehtimal etmək olar ki, Rusiya bu təyyarələrin birini Ermənistana cəmi 25 milyon dollara satacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar