Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Gənclər Günü qeyd edilir

Tarix: 02-02-2019 08:49     Baxış: 3160 A- / A+
Azərbaycanda Gənclər Günü qeyd edilir

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

Fevralın 2-ci Azərbaycanda Gənclər Günüdür. Bu günün Gənclər günü elan olunması 1997-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Dünyada isə yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib.

Builki Gənclər Günü ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən bir neçə gənc təltif edilib.
Manevr.az xəbər verir ki, dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə - Cabbarov Azad Vaqif oğlu;

“Tərəqqi” medalı ilə - Əsgərli Asif Məmməd oğlu, Qədirov Vüqar Kərim oğlu, Orucov İlqar Nəcibəddin oğlu;

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə - İskəndərov Vüqar Yapon oğlu, Quliyev Rüfət Mətləb oğlu, Nəcəfli Kamal Məmməd oğlu.

Dövlət başçısının digər sərəncamı ilə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən bir qrup şəxsə 2019-cu il gənclər üçün prezident mükafatları verilib.

Azərbaycanda son zamanlar isə gəncliyə ayrılan diqqət daha da artıb. Təkcə o faktı deyək ki, ötən il bir neçə gənc nazir postuna və ya nazir müavinliyinə qədər irəli çəkilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar