Xəbər lenti
Doğum haqqında şəhadətnamə ilə bağlı tələblər dəyişir
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
Manevr.az xəbər verir ki, qanun layihəsinin 6.4-cü maddəsindən sonra “qeyd” hissəsi əlavə edilir.
Qüvvədə olan qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulmuş sənəd üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmur.
Xatırladaq ki, qanunun 6.1-ci maddəsi hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalarını nəzərdə tutur.
Həmin vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə həmin qurumlara gəlməli və bir sıra sənədləri təqdim etməlidirlər.
Həmin sənədlərdən biri də 6.4.1-ci maddədə nəzərdə tutulmuş doğum haqqında şəhadətnamədir. Doğum haqqında şəhadətnamə ilə bağlı məlumatlar isə Ədliyyə Nazirliyinin elektron informasiya sistemində yerləşdirilib. Bu qurum da həmin sistemə inteqrasiya olunub. Dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təklif olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar