Xəbər lenti
“Sosial şəbəkə əxlaqsızlığı artırır” – Əməkdar artist
Əməkdar artist Cavanşir Məmmədov sosial şəbəkə istifadəçilərini tənqid edib.
Müğənni “Bizimləsən” verilişində müzakirəyə çıxarılan bir qadının evdən qaçması məsələsinə münasibət bildirib. Məmmədov bildirib ki, əxlaqsızlıqların səbəbkarı sosial şəbəkələrdir:
“Sosial şəbəkə olmasaydı, o qadın Neftçaladan hara ilə danışardı? Əvvəl Naxçıvanla danışmaq üçün 1 həftə növbəyə dayanırdıq. İndi oturursan burada, Amerika ovcunun içindədir”.
Proqramda qonaq olar jurnalist Ülviyyə Alovlu isə “Biz də sosial şəbəkədə otururuq. Deyin ki, telefondan başlayır. Bu səbəbdəndir ki, mentalitetə belə şeylər sızdırırsınız. Cəmiyətin beyninə yeridirsiniz ki, sosial şəbəkədən istifadə edən əxlaqsızdır. Kimsə əxlaqsızdırsa, bunun bəraətini sosial şəbəkəyə qazandırmaq lazım deyil” sözləriylə, müğənniyə etirazını bildirib.
C.Məmmədov isə fikrindən daşınmayaraq “Əxlaqsız adam sosial şəbəkə ilə əxlaqsız çevrəsini böyüdür” cavabını verib.dərgi.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar