Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Regionda Bolton GEDİŞİ: ABŞ Qarabağda nəyə hazırlaşır?

Tarix: 30-01-2019 15:19     Baxış: 4153 A- / A+
Regionda Bolton GEDİŞİ: ABŞ Qarabağda nəyə hazırlaşır?

"ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidentinə telefon zəngini təsadüf saymıram".

Bu barədə politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.

Politoloq qeyd edib ki, Con Boltonun bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana zəng etməsi də təsadüfi deyildi: "Doğrudur, Paşinyan telefon danışığından sonra rəqiblərini sakitləşdirmək üçün and-aman etdi ki, Bolton onu yalnız baş nazir seçilməsi münasibətilə təbrik edib, başqa söhbət olmayıb, yəni Qarabağdan danışmayıblar. Ancaq Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə isə, Con Bolton İlham Əliyevlə bir sıra mövzularla yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə edib. Demək, bu mövzu Paşinyanla da müzakirə edilib, sadəcə Ermənistanın baş naziri "Qarabağ klanından" ehtiyat etdiyi üçün bu haqda açıqlama verməyib. Bunların üzərinə ABŞ milli kəşfiyyatnın rəhbəri Deniel Koutsun bir neçə gün əvvəl Rusiyanın müdaxiləsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyi açıqlamasını da əlavə etsək? ABŞ-ın bölgə ilə bağlı hərəkətə gəldiyini söyləmək olar".

E.Şahinoğlu Boltonun zənginin səbəblərini açıqlayıb.

"Birincisi, ABŞ hazırda dünyanın hər yerində Rusiyanın maraqları ilə mübarizə aparır. İki dövlətin son toqquşduğu məkan Venesueladır. ABŞ prezident Maduronu devirmək istəyən qüvvələri dəstəkləyir, Moskva isə əksinə Venesuelanın hazırkı prezidentindən ikiəlli yapışıb. Suriyada da işlər yaxşı getmir. Amerika Suriyadan çıxmaq istəyir, ancaq Rusiyanın bu ölkəyə tam hakim olmasını da istəmir, bunu əngəlləmək üçün yollar arayır. Ukrayna uğrunda mübarizə də davam edir. Görünür, tədricən növbə Cənubi Qafqaza çatır. Mümkündür ki, Dövlət Departamenti, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi birlikdə Cənubi Qafqazla bağlı yeni strategiya hazırlayıblar və bu strategiyanın ana xətlərindən biri Rusiyanın bölgədəki təsirlərinin azaldılmasına yönəlib. Ona görə də Vaşinqtondan Bakıya və İrəvana zənglərin sayı artıb. İkincisi, mümkündür ki, ABŞ Rusiyanın Avrasiya bölgəsindəəki mövqelərinin sıxışdırılması üçün regional münaqişələrin həllindəki fəallığını artıracaq. Məsələn, Vaşinqton görəndə ki, Rusiya təmsilçiləri Əfqanıstanda Taliban hərəkatı ilə gizli təmaslara başlayıblar, vəziyyəti dəyişməyə çalışdı. Bu gün Taliban təmsilçiləri amerikalı diplomatlarla Qətərdə görüşürlər və çalışırlar ki, hansısa razılığa gəlsinlər. Üçüncüsü, ABŞ 2000-ci ildən bu yana Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi fəallıq nümayiş etdirməyib. Amerika ərazisində Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü 19 il əvvəl olub. Görünür, Vaşinqtonda yenidən bu mövzuya qayıtmağı lazım bilirlər. Prezident Donald Trampdan olsaydı, bizim bölgə ilə maraqlanmazdı. Ancaq Trampın güclü komandası var və Bolton kimi təcrübəli diplomat anlayır ki, heç bir bölgəni Rusiyaya bəxşiş vermək olmaz, bunun nəticəsi yaxşı olmur. Gürcüstan və Ukrayna buna misaldır. İndi Vaşinqtondan tələb olunan Moskva və Paris görüşlərindən sonra Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü Amerika ərazisində təşkil etməkdir. Ancaq görüşün məzmunlu olması və tərəflərin mövqeyini bir-birinə yaxınlaşdırmaq üçün alt səviyyədə fəaliyyət başlamalıdır. O ki qaldı, ABŞ Milli Kəşfiyyat rəhbərinin "Rusiya müharibəni alovlandıra bilər" mesajına bu, daha çox Bakı və İrəvana xəbərdarlıqdır ki, qonşunuzdan ehtiyatlı olun, o sizinlə münasibətlərdə səmimi deyil", - deyə o qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar