Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Tamahını idarə edə bilməyənlər aramızdan gedəcək”

Tarix: 30-01-2019 13:11     Baxış: 3230 A- / A+
“Tamahını idarə edə bilməyənlər aramızdan gedəcək”

Bu gün Dövlət Gömrük Komitəsinin 2018-ci ilin yekunları ilə bağlı geniş tərkibli Kollegiya iclası keçirilir.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda çıxış edən komitə sədri Səfər Mehdiyev bildirib ki, 2018-ci il islahatların yekunlaşdığı il olaraq tarixə düşəcək:

“Belə ki, ötən il gömrük sisteminin strukturu yeniləndi. Polis nəzarət funksiyasından xidmət funksiyası strukturuna keçildi. Ötür-ötür xidməti və bu fonda baş verən təkrarlanmalar artıq ortadan qaldırıldı. Kadrların düzgün seçilməsi ilə bağlı attestasiya keçirildi. Ötən il büdcəyə 1 milyard vəsait köçürülüb. 1 ton 200 kq olan narkotikin aşkarlanması qaçaqmalçılıq sahəsində ən böyük uğurlarımızdan biridir. Xidmətdə çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması nəticəsində gömrük əməkdaşlarının məvacibi artırıldı. Biz gömrük sistemində şəffaflığın təmin olunması üçün gecə gündüz fəaliyyət göstərəcəyik və dövlət başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edəcək. Gömrük əməkdaşlarının bəziləri ötən il cinayət məsuliyyətinə cəlb edildi. Onlar iclaslarda xəbərdarlıqlarımıza baxmayaraq gömrük andına sadiq qalmadılar və bu işə xələl gətirdilər. Biz bu sahədə qəti addımlarımızı bu il də atacağıq. Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özüdə çox pis şəkildə gedəcək. Sahibkarlara da müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir. Cari ildə də belə faktlar mövcuddur. Bu sahədə ciddi tədbirlər keçiriləcək və icraçılar aidiyyatı qurumların rəisləri olacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar