Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlik ictimai işlərə cəlb olunan şəxslərin əməkhaqqını açıqlayıb

Tarix: 30-01-2019 12:23     Baxış: 4235 A- / A+
Nazirlik ictimai işlərə cəlb olunan şəxslərin əməkhaqqını açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi" tərəfindən həyata keçirilən işsiz vətəndaşların əmək müqaviləsi ilə ödənişli işlərə cəlb olunması ilə bağlı proqram üçün 80 milyon manat ayrılıb.

Manevr.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında DOST agentliyinin DOST iş mərkəzinin direktoru Niyazi Rəhimov deyib.

O bildirib ki, məşğulluğun təmin olunması üçün həyata keçirən proqram çərçivəsində 30 min adamın işə götürülməsi nəzərdə tutulub: "Artıq bu işin yarısı həyata keçirilib".

Mərkəzin direktoru qeyd edib ki, ictimai işlər üçün işçinin əməkhaqqı fondu 203 manat həcmində nəzərdə tutulur: "İctimai işlər yarı gün, və ya günün hansısa bir hissəsini təşkil edir. Bəzən həftənin müəyyən günləri iş olur. Əksər hallarda ictimai işlər ixtisas tələb etmir, amma bəzi hallarda mümkündür ki, ixtisas tələb olunsun"./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar