Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Qızların kütləvi şəkildə siqaret çəkməsi….” – Deputatdan etiraz

Tarix: 30-01-2019 11:37     Baxış: 4159 A- / A+
“Qızların kütləvi şəkildə siqaret çəkməsi….”


“İnsanı xərçəngə yaxınlaşdıran əsas şeyin siqaret olduğunu alimlər də müəyyənləşdiriblər. Bir şeyi də qeyd edim ki, dünyada ən məzmunsuz siqareti bəlkə də Türkiyədə, xüsusilə də qadınlar çəkirlər”.

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Türkiyədə qadınlar arasında siqaret çəkmə halları geniş yayılıb:

“Türkiyə cəmiyyətində ən zəhləm gedən şey gənc qzıların kütləvi şəkildə siqaret çəkməsidir. Universitetin qarşısında onlarla qzın siqareti məhz moda olaraq istifadə etdiyini sezirsən. Sabah ana olacaq bu insanların valideynləri necə olur ki, bu cür davranışlarının qarşısını almağa səy göstərmirlər?

Azərbaycanda heç olmasa, bu cür toplum içində açıq formada qızlar siqaret çəkməyə risk etmirlər. Siqaret çəkən dindarları isə ümumiyyətlə, anlamaqda çətinlik çəkirəm. İmandan danışa-danışa bir növ uyuşdurucu sayılan siqaretə baş vurmaq imanın zəifliyinin fikrimcə, birinci şərtidir. Türkiyə Dəyanət Vaqfı Başqanının son addımını, yəni Həcc ziyarətinə siqaret çəkən din adamlarının aparılmayacağını bəyan etməsini də təqdirlə qarşılayıram. Əslində bu tərbiyəvi məqsədlə atılan bir addımdır”.

Fazil Mustafa bildirib ki, hər birimiz çevrəmizdəki əlçatan insanları inandıraraq siqaretdən uzaqlaşdırmalıyıq:

“Yalnız qanunla, cərimələrlə bu iş yürüməz”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar