Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sayğacın ekranında FO24 və OFF yazılıbsa NƏ ETMƏLİ?

Tarix: 30-01-2019 10:21     Baxış: 4298 A- / A+
Sayğacın ekranında FO24 və OFF yazılıbsa NƏ ETMƏLİ?

Qaz abonentlərinin tez-tez verdiyi suallardan biri də Smart sayğacının ekranına yazılan yazılarla bağlıdır.

Smart sayğacın ekranında FO24 və OFF yazılıbsa, nə etməli?
Sulla bağlı “Azəriqaz” İstehsalat Birliyindən verilən cavabda bildirilir ki,

OFF sazısı kartı sayğaca yükləyərkən yumru, göy düymənin əvəzinə üç künc düymənin basılaraq saxlanılması zamanı yaranır. Bu zaman sayğaca yüklənilən bütün məbləğ (kub formasında) karta köçürülür (kredit back), sayğacın giriş klapanı bağlanır və qaz təchizatı dayandırılır. Bu halın aradan qaldırılması üçün abonentlər tərəfindən sayğacın 4 ədəd şəkilləri (menyu – 1, menyu – 2, mexaniki göstərici m3 və ekranda yazılan OFF və ya FO24) çəkilərək, yerli rayon qaz xidmət sahəsinə müraciət edilməlidir. Bu zaman heç bir məbləğ itmir və əlavə ödəniş tələb olunmur. Bunun üçün kart sayğaca daxil edilərək göy düymə basılmalı və OFF yazısının şəkili çəkilməli, sonra üç künc düymə 1 dəfə basılaraq açılan menyunun şəkili çəkilməli (Menyu – 1), yenidən üç künc düymə 3 dəfə və ya ekranda sol tərəfdə 2 yazılanadək basılaraq açılan menyunun şəkili çəkilməli (Menyu-2), son olaraq isə sayğacın mexaniki göstəricisinin şəkli çəkilməlidir. Yerli rayon qaz xidmət sahəsi kartı bərpa etdikdən sonra kart sayğaca daxil edilməli və 3 siqnal səsi gələnədək gözlənilməlidir. Sonra sayğac OFF vəziyyətindən çıxacaq. Daha sonra yumru göy düyməni basıb saxlamaq lazımdır. Sayğacda OP 190 əməliyyatı gələcək və rəqəmlər 000 olandan sonra qaz təchizatı bərpa olunacaq.

Sayğacın ekranındakı FO24 yazısı isə OFF vəziyyətinin digər halıdır. Lakin burda fərq ondan ibarətdir ki, sayğac OFF vəziyyətinə düşməmişdən öncə digər (ALARM 2, 3, 5 və ya FO44) kodda olub. Bunun üçün yuxarıda OFF vəziyyəti üçün qeyd olunanlar təkrar edilməli və sayğac OFF vəziyyətindən çıxdıqdan sonra kart yenidən sayğaca daxil edilməlidir. Sayğacın ekranında 0.00 yazısı göründükdən sonra istənilən ödəniş terminalında karta 1 manatdan yuxarı pul yükləyərək sayğaca yükləməli və koddan çıxarılmalıdır”.metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar