Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Nazir yeni fərmandan danışdı

Tarix: 29-01-2019 11:18     Baxış: 3222 A- / A+
Nazir yeni fərmandan danışdı

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı yeni fərmana əsasən birdəfəlik yardım almaq hüququ qazanan şəhid hərbi qulluqçuların vərəsələri artıq elektron sistemə müraciət edə bilərlər.
Manevr.az report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, fərmana əsasən 2264 hərbi qulluqçunun adları artıq elektron sistemdə öz əksini tapıb: "461 şəhid polisimizin vərəsələri ilə bağlı işləri isə çox qısa bir müddətdə, yəni bir həftə ərazində yekunlaşdıracağıq və bir həftədən sonra onlar da elektron sistemə müraciət edə biləcəklər".

S.Babayevin sözlərinə görə, 2019-cu ilin sonuna qədər hər iki fərmanın icrası başa çatdırılacaq, bütün ödənişlər ediləcək:

"Birdəfəlik ödəniş almalı olan 12268 şəhidin vərəsələrindən 3100-ü artıq vəsaiti alıb. Qalan 9 169 şəhid vərəsəsi isə bu il ərzində ödənişi əldə edə biləcəklər. Ayda 1000 şəhid vərəsəsinin sənədlərini emal edərək, ödənişləri 9-10 ay müddətində bitirməyi planlaşdırırıq".

Qeyd edək ki, Prezident İlham Əliyev yanvar ayının 28-də "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar