Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Feysbuk sosial bəladır? - Xanımlara təsiri

Tarix: 28-01-2019 18:33     Baxış: 3251 A- / A+
Feysbuk sosial bəladır?

Bu gün bəzi sosial şəbəkə istifadəçiləri həyatlarını sanki Feysbukda yaşayır.

Onlar başlarına gələn hadisələri, düşüncələrini Feysbukda paylaşır, günün əksər hissəsini sosial şəbəkədə keçirirlər.
Maraqlıdır, insanların şəxsi həyatlarında baş verənləri anbaan sosial şəbəkədə paylaşmaqları hansı psixoloji durumdan xəbər verir?

Mövzuyla bağlı metbuat.az-a açıqlama verən psixoloq İlahə Dəmirbəy bildirib ki, özəl məlumatları sosial şəbəkədə paylaşmaq ailədaxili ünsiyyət problemindən xəbər verir:
“Ailədə ünsiyyət problemi olanda, üzvlər bir-biriləriylə yaşdıqlarını paylaşa bilmirlər, dinləmirlər. Bu səbəblə, insanlar daxillərində olan aqresiyanı, müsbət və mənfi emosiyalarını sosial şəbəkədə bölüşmək istəyirlər.

Bu, daha çox qadınlarda özünü göstərir. Kişilər çox vaxt evə yorğun gəldiyinə görə, həyat yoldaşlarıyla söhbət etməyə vaxt tapmırlar. Münasibətləin bu cür formalaşdığı ailədə zamanla ünsiyyət problemi yaranır və qadınlar sosail şəbəkəyə üz tutur. Sosial şəbəkələrdə xanımlar üçün yardılan qrup və səhifələr elə bunun üçün nəzərdə tutulub”.

Qeyd edək ki, aparılan araşdırmaya görə dünya miqyasında qadınlar gündə 7 saata yaxın, kişilər isə 5 saat sosial şəbəkələrdən istifadə edir. Bu isə insanlar arasında ünsiyyətin məhdudiyyətinə, valideynlərin öz övladlarına çox az vaxt sərf etməsinə gətirib çıxarır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar