Xəbər lenti
"İdmançı həkim nəzarətsizliyindən ölüb” - Xamis Məmmədovun məşqçisi
Xəbər verdiyimiz kimi, qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.
Dünya çempionu Xamis Məmmədovun müəllimi Nazim Məlikov unikal.org-a açıqlamasında bildirib ki, idmançı “buxar hamamından” tərli-tərli soyuq havaya çıxdığı üçün xəstələnib:
“Xamis Məmmədov 5-6 aydır ölkədən kənara da çıxmayıb ki, deyildiyi kimi qripə tutulsun. Həftənin iki və ya 3-cü günü gedib buxar vannası qəbul edib. Oradan çıxdıqdan sonra sətəlcəm olub. Daha sonra özünü narahat hiss edib. Ailəsi ilə birlikdə həkimə yoxlanmağa gedib. 3 saylı Klinik Tibbi Mərkəzdə ona ağciyərində ləkə olduğunu və burada qalmasının vacibliyi deyilib. Bildirilib ki, idmançı sətəlcəm olub. Cümə axşamı və cümə günü ona sistem vurulub. Özünü yaxşı hiss edib. Orada da tapşırılıb ki, hərarətinin qalxmaması üçün nəzarət edilsin. 6-cı gün axşam həkim nəzarəti olmayıb. Otaq yoldaşıları da elə bilib ki, Xamis yatıb. Amma qızdırmadan keçinibmiş. Bu xəstəlik tutmamışdan əvvəl səhhətində heç bir problem olmayıb, sağlamlığı ilə bağlı narahatçılığını bildirməyib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar