Xəbər lenti
Ziya Məmmədovun avtobusları satılmır
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti dəfə vaxtilə istifadə edilən Almaniya və Koreya istehsalı avtobusları hərraca təqdim edib.
Əmlak Məsələləri Dövlət Komitəsi dördüncü dəfə sözügedən nazirliyin avtobusları üçün hərrac keçirəcək.
Nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC bu dəfə də hərraca ümumilikdə 35 avtomobil çıxarıb. Onlardan 27-si “Daevoo BC212MA” markalı avtobus, 8-i isə “Man Lion S Klassik A-74” avtobuslardır. 2008-2009-cu il istehsalı olan bu avtobuslar Azərbaycana 2008-2010-cu illərdə gətirilib.
İlk hərracda 22.500 manata təqdim edilən “Man Lion S Klassik A-74” avtobusları dördüncü hərracda 18.750 manata təqdim edilib. 12.150 manata təqdim edilən “Daevoo BC212MA” avtobusları isə bu dəfə hərraca 10.125 manata çıxarılıb.
Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda nazirliyin hərraca təqdim etdiyi avtobusları indi fəaliyyəti ləğv edilən Nəqliyyat Nazirliyi gətirtmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar