Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər dövlət hesabına müalicə ediləcək - Baş nazirdən QƏRAR

Tarix: 28-01-2019 11:06     Baxış: 2209 A- / A+
Bu şəxslər dövlət hesabına müalicə ediləcək - Baş nazirdən QƏRAR

Nazirlər Kabineti "Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası"nı təsdiqləyib.

Qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qaydaya əsasən, peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri ərazi dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir.

Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə əlavə müalicə-bərpa xidmətləri "Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası" və "Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası"na uyğun olaraq həyata keçirilir.

Peşə təhsili müəssisəsində müalicəyə və ya müalicə-bərpa xidmətinə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə, təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə göstərilir. Peşə təhsili müəssisəsində təhsilalanlara aparılan əlavə müalicə-bərpa tədbirlərinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin peşə təhsili müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndirilir.

Şəxsin sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda bu tədbirlər davam etdirilir. Peşə təhsili müəssisəsində təhsilalanların tibbi profilaktik müayinəsi təhsil müddəti dövründə ildə bir dəfədən az olmayaraq, həmin təhsil müəssisəsində və ya ərazi üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisəsində aparılır.

Dövri tibbi profilaktik müayinələrin nəticəsinə uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilir:

- ötən tədris ili ərzində təhsilalanların sağlamlığının dinamikasının qiymətləndirilməsi, xəstəliklərin erkən əlamətlərinin və funksional pozuntuların aşkar edilməsi və onların aradan qaldırılması üçün müvafiq əlavə müalicə-bərpa tədbirlərinin təşkili;

- peşə təhsili dövründə tədris-istehsalat yükünün təhsilalanlara təsirinin öyrənilməsi;

- sağlamlığında pozuntular (müxtəlif orqan və sistemlərin xəstəlikləri, fiziki, cinsi və digər morfofunksional pozuntular) aşkar edilmiş təhsilalanların dispanser qeydiyyatına götürülməsi və onların müvafiq müalicə-bərpa müəssisələrinə yönəldilməsi;

- sağlamlığında pozuntular aşkar edilmiş təhsilalanların təhsili davam etdirə bilməsi və seçdiyi peşəyə uyğun işə yararlılığı barədə rəy verilməsi;

Təhsilalanlara göstərilən əlavə müalicə-bərpa tədbirləri barədə məlumatlar Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə (VESKS-ə) daxil edilir. Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidmətləri dövlət büdcəsi vəsaiti hesabına göstərilir.sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar