Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zirəddin Rzayev onu ittiham edənlərə cavab verdi - VİDEO

Tarix: 26-01-2019 15:50     Baxış: 3294 A- / A+
Zirəddin Rzayev onu ittiham edənlərə cavab verdi

Moskvada yaşayan azərbaycanlı ektrasens Zirəddin Rzayev Rusiyanın birinci kanalında yayımlanan “Cəhənnəmə gedən” sənədli filmi ilə bağlı bəzi qaranlıq məsələlərə aydınlıq gətirib.

Manevr.az
xəbər verir ki, Z.Rzayev həmin filmdə səsləndirdiyi fikirlərdən sonra “Ekstrasens döyüşləri” yarışmasının digər iştirakçılarının onu yalançı adlandırması məsələsindən danışıb.

“Cəhənnəmə gedən” filmində Z.Rzayev “Ekstrasens döyüşləri” yarışmasının səhnələşdirilmiş xarakterli olduğunu dilə gətirib. O, fəxrlə yaşadığı evi və sırf şou üçün hazırlanmış kostyumlarla dolu otağı nümayiş etdirib, dünyanın ən bahalı brendinin 195 min 800 rubl (5000 min manat – red.) dəyərindəki jaketini əyninə geyinib.

Daha sonra layihənin finalçıları və qalibləri KİV-lərə məktubla müraciət edərək, Z.Rzayevi yalan danışmaqda ittiham ediblər.

Z.Rzayev həmkarlarının bu ittihamlarına cavab verərək, həmin filmdəki açıqlamalarında yalan olmadığını deyib:

“Düşünürəm ki, onlar özlərinin həqiqi sifətlərini, özlərini göstərdilər.Verilişi necə istəyirdilər, elə də montaj edirdilər. Filmlərin harada çəkildiyini necə sübut edə bilərlər? Sizi əmin edə bilərəm ki, bu, montajdır, bunu sübut da edərəm. Bəzi səhnələrdə mənim tapşırığın öhdəsindən gəlmədiyimlə bağlı görüntülər gedib. Orada bir neçə tapşırıq vardı.

Birincisi, mən yanıla bilərəm, hamı yanıla bilər. Əgər yanılıramsa, bu, o demək deyil ki, mən mütəxəssis deyiləm. Bir neçə nəfər oturur və mən onlar haqqında çox şeyi düz deyirəm. Yanlış dediyim hissələri yığıb, efirə verirdilər. Onların əsas məqsədi reytinq, diqqət mərkəzində olmaq və ən əsası reklam idi”.

Sonda ekstrasens onu yalanda ittiham edənləri Allaha tapşırdığını deyib:

“Qoy, onlar böyük gücün qarşısında, Allah qarşısında cavab versinlər! Allah şahiddir, məni tanıyanlar şahiddirlər”.oxu.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar