Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ramil Usubovdan MÜHÜM QƏRAR: iki polkovniki Lənkərana göndərdi

Tarix: 26-01-2019 10:35     Baxış: 3246 A- / A+
Ramil Usubovdan MÜHÜM QƏRAR: iki polkovniki Lənkərana göndərdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və Lənkəran rayon Polis şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətovun iştirakı ilə ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

Manevr.az "report"a istinadən xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd Lənkəran sakinləri tərəfindən yol hərəkətinin təhlükəsizliyi ilə bağlı DİN-ə ünvanlanan təklif və müraciətlərin yerində araşdırılması, habelə vətəndaş məmnunluğunun təmin edilməsi ilə əlaqədar qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi olub.

Görüşdə vətəndaşlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin effektivliyi, Lənkəran rayonu ərazisində yol nəqliyyat hadisələrinin, eləcə də ölən və yaralananların sayının kəskin azalmasının bunun bariz nümunəsi olması izah edilib.

Əsaslı və əsassız müraciətlər barədə polis tərəfindən verilən izahatlardan razılıq edən vətəndaşlar DİN rəhbərliyinə öz təşəkkürlərinin çatdırılmasını xahiş ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar