Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanı gözləyən təhlükə - XOŞAGƏLMƏZ PROQNOZLAR

Tarix: 25-01-2019 15:56     Baxış: 4296 A- / A+
Azərbaycanı gözləyən təhlükə - XOŞAGƏLMƏZ PROQNOZLAR

"Daha bir neft ölkəsi dünyanın diqqət mərkəzinə çevrilib.

ABŞ və Kanada başda olmaqla dünyanın bir sıra ölkələrinin Venezuelada müxalifət lideri Juan Guaidonu həmin ölkənin keçici rəhbəri kimi tanıması Nicolas Maduro hökumətini çətin vəziyyətə salmaqla yanaşı, qlobal bazarlara da təsirsiz ötüşməyəcək".

Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, Maduronin hakimiyyəti təhvil verməsi qlobal və xüsusən də neft bazarına təsir edəcək.

Bu təsir özünü necə göstərəcək?

"Venezueladakı gərginlik qısa müddətli dövrdə neftin dünya bazar qiymətinin yüksəlməsinə səbəb ola bilsə də belə orta və uzun müddətli prespektivdə "qara qızılın" qiymətində kəskin enişlərə səbəb olacaq.

Doğrudur, sözügedən ölkədə vəziyyət gərginləşəcəyi və ABŞ sanksiyaların güclənəcəyi halda neftin qiymətində qısa müddətli artım istisna olunmur.

Hasilat həcminə görə ilk onluğa belə düşə bilməyən Venezuelanın gündəlik neft hasilatı 2 milyard 276 milyon bareldir. Bu gündəlik qlobal neft təklifinin 2.2 faizi deməkdir.

300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən çox nefti olan Venezuela hasilat həcminə görə iki rəqəmli mövqedə olsa da Guaido dövrü başladığı halda amerikan kapitalı ilə istehsalın artacağı gözləniləndir.

İllik 3 milyon faiz inflyasiyaya malik olan Venezuelada yeni dövr başladığı halda hökumət "daha çox neft satıb daha çox gəlir əldə etməyə" çalışacaq. İndiki halda bu ölkəyə valyutanın daxil olmasının başqa yolu da, demək olar, yoxdur.

Bu isə o deməkdir ki, Vaşinqton meyilli gəncin Venezuelada hakimiyyəti gəlməsi dünya neft bazarında təklifi kəskin artıra bilər. Bu halda isə OPEK-nin istənilən səyinə baxmayarq neftin bir barelinin dünya bazar qiymətinin hətta 50 dollardan aşağı düşəcəyi də istisna olunmur.

Göründüyü kimi, 2019-cu il öncədə proqnozlaşdırıldığı kimi dünya iqtisadiyyatı və qlobal bazarlar üçün heç də asan olmayacaq. Bundan ən çox təsirlənən isə, təbii ki, neftin qiyməti olacaq".

Qeyd edək ki, əgər dünya bazarında neft kəskin ucuzlaşarsa, bu zaman Azərbaycan iqtisadiyyatı üçün də xoş olmayan proseslər inkişaf edə bilər. Nəzərə alsaq ki, ölkə iqtisadiyyatı neftdən gələn gəlirdən birbaşa asılıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar