Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda 66 nəfər öldürülüb : 2018-ci ildə - RƏSMİ MƏLUMAT

Tarix: 25-01-2019 11:40     Baxış: 4220 A- / A+
Bakıda 66 nəfər öldürülüb : 2018-ci ildə - RƏSMİ MƏLUMAT


Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2018-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Manevr.az xəbər verir ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edib.

Qeyd edilib ki, 2017-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 12122 hadisə qeydə alındığı halda 2018-ci ildə 309 hadisə, yəni 2,5% azalaraq 11813 hadisə olmuş, qeydə alınmış cinayətlərin açılma faizi 0,2% çoxalaraq 80,2%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı isə 582 hadisə və ya 30,8% azalaraq 1308 olub.

2018-ci ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2017-ci ildə 59 hadisə) 4-ü istisna olmaqla (3 fakt şəxslərin xəbərsiz itkin düşməsi ilə bağlı olmuşdur), habelə 32 qəsdən adam öldürməyə cəhd cinayətinin (2017-ci ildə 38 hadisə) açılması təmin edilib.

Hesabat dövründə 76 quldurluq hadisəsi əvvəlki illə müqayisədə 8 hadisə çox oluv, onlardan 8-i, qeydə alınmış ölümlə nəticələnən 212 yol-nəqliyyat hadisəsindən isə 3-ü bağlı qalıb.

2018-ci ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1115 işdən 547-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 12390 cinayət işindən 4226-nın istintaqı tamamlanıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar