Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı dəllək: 27 yaşlı kişini sünnət etmişəm

Tarix: 24-01-2019 10:41     Baxış: 4306 A- / A+
Azərbaycanlı dəllək: 27 yaşlı kişini sünnət etmişəm


Bu gün rayon yerlərində valideynlər hələ də oğlan uşaqlarının sünnət edilməsi üçün dəllək axtarırlar. Hətta bəzən bu işi ailənin ağsaqqalına, başqa ixtisas sahibi olan həkimlərə də həvalə edirlər. Maraqlısı budur ki, həkimlər özü də bu məsələnin hansı üsulla gerçəkləşdirilməsində həmfikir deyillər.

Bir qrup həkimlər oğlan uşaqlarının dünyaya gəldikdən sonra bir neçə aylığında, hətta 40-ı çıxmamış sünnət olunmasını doğru hesab etdikləri halda, digər bir qrup isə tamamilə bunun əksini iddia edir. Onlar düşünür ki, sünnət üçün cinsiyyət orqanının müəyyən qədər inkişaf etməsi lazımdır.

Bəs görəsən, valideynlər uşaqları sünnət edərkən həkimə müraciət etməlidirlər, ya el arasında “dəllək” kimi tanınan qeyri-ixtisaslı şəxslərə? Ümumiyyətlə, sünnət üçün uyğun yaş hansıdır? Lazer üsulu tətbiq olunmalıdırmı? Gələcəkdə uşaqlarda sonsuzluq riski yaradan amil nədir?

Manevr.az xəbər verir ki, oxu.az-ın bu və digər suallarını iki mütəxəssis cavablandırıb.
Suallarımızı ilk olaraq 40 ildən çoxdur bu prosedurları həyata keçirən uşaq cərrahı Qədir Qədirova yönəltdik. Onun sözlərinə görə, sünnət köhnə üsulla aparılmalıdır:

“Uşaqlarda sünnət məsələsinə xüsusi diqqət etmək lazımdır. Çünki çapıq toxuma normal toxuma kimi inkişaf eləmir. Məsləhətdir ki, bu proseduru ya bir yaşa qədər, ya da bir yaşdan sonra gerçəkləşdirsinlər.

Təəssüf ki, bu məsələyə diqqət edilmir. Ya uşaq doğulan zaman sünnət edilir, ya da çox gecikdirilib, məktəb yaşlarına qədər uzadılır. Mən öz praktikamda 27 yaşlı kişini sünnət etmişəm. Bu, doğru deyil. Amma bundan başqa, anadangəlmə anomaliyalar var ki, sidik kanalı aşağıda olur, bunlar istisna hal hesab edilir. Uşaqlara narahatlıq yaratsa da, onun erkən aylarda əməliyyat olunması məsləhət deyil.

Tibdə məsləhət görülür ki, 5-6 yaşdan tez müdaxilə olunmasın. Bu müddət ərzində cinsiyyət orqanı formalaşır və əməliyyatın nəticəsi uğurlu olur. Amma erkən yaşlarda əməliyyat olunan zaman sidik kanalı kiçilir və sidik ifrazı zamanı problem yaranır.

Lazer üsulu ilə damarların yandırılaraq sünnət edilməsi doğru deyil. O şüa azyaşlıların xayalarında gedən prosesi ləngidir. Bu isə gələcəkdə sonsuzluq riskini artırır. Sperm sayının azalmasına səbəb olur. O baxımdan, sünnət valideynlərin hesab etdiyi qədər də asan proses deyil. Onun səliqəli kəsilib, səliqəli tikilməsi məqsədəuyğundur”.

Q.Qədirovun sözlərinə görə, bu günə qədər 25 mindən çox sünnət əməliyyatı gerçəkləşdirib və heç bir pasiyentdə fəsad olmayıb:


“Mən, demək olar ki, toplu sünnət prosedurlarını yerinə yetirmişəm. Bir gündə 20-30 uşağı sünnət etmişəm. Mən qoruyucu “zajim” dediyimiz qurğu ilə əməliyyat edirəm. Sünnət steril şəraitdə saxlanılan və bir dəfə istifadəyə yararlı olan soyuq cərrahi bıçaqla aparılır. Bu zaman heç bir qorxusu olmur.

40 ildən çoxdur bu işi görürəm və bilirəm ki, lazer üsulu nə qədər risklidir. Bu gün edilən əməliyyat zamanı uşağa dəyən ziyan özünü 20 il sonra ağır xərçəng xəstəliyi ilə büruzə verə bilər. Odur ki valideynlər diqqətli olsunlar. Pul xətrinə uşaqların gələcəyi ilə oynamaq olmaz”.

Həkim-androloq Ruslan Qüdrətov valideynlərin sünnət əməliyyatına laqeyd yanaşmasını diqqətə çatdırıb. Onun sözlərinə görə, uşaq müayinə edilməmiş müvafiq şərait olmayan bir vəziyyətdə, qeyri-peşəkar şəxslər tərəfindən sünnət edilə bilməz:

“Sünnət özü İslamdan gələn ayindir. Amma bunun tibbi tərəfindən danışsaq, qeyd etməliyəm ki, müasir tibdə oğlan uşaqlarının sünnət üçün seçilən uyğun yaş dövrləri var. 2-6 ay arası, 6 aydan isə 2 yaşa qədər icra edilə bilər. Biz 2-6 yaş arası uşaqların sünnət edilməsinin əleyhinəyik.

Ona görə ki, bu uşaqda ciddi travmalar yaşada bilir. İstisna hallar var ki, əgər anadangəlmə anomaliya, sidik ifrazı zamanı problem yaranırsa, bu vaxt yaş faktoru nəzərə alınmadan müdaxilə etmək lazımdır.

Tibbi izahı odur ki, 2-5 yaşlı uşaqlarda qorxu və stress baş verir. İki yaşlı uşaqlar sünnətin mahiyyətini anlamır. Altı yaşdan sonra uşaqları həkim başa salır ki, bu, qorxulu bir şey deyil və vacibdir. Uşaqları heç vaxt 40-ı çıxmadan sünnət etdirmək olmaz. Rayon yerlərindən gələn əksər xəstələrdə rastlaşdığımız problemlərdən biri də cinsiyyət orqanının artıq çəkidən dolayı itməsidir.

Çox kök uşaqların sünnət əməliyyatı sonrası yaranan problemdir. Anadangəlmə peyğəmbər sünnəti ilə doğulanlar var ki, onu yenidən sünnət edirlər. Bu da yanlışdır. Çox təəssüf ki, bu gün qeyri-steril şəraitdə aparılan prosedurlar var. Normalda 48 saat ərzində bütün qızartı, şişkinlik çəkilməlidir. Əgər çəkilmirsə, deməli, infeksiya ehtimalı var. Bu məqamlara mütləq diqqət olunmalıdır”.

Həkim onu da əlavə edib ki, sünnətin “ara həkimləri” tərəfindən edilməsi qətiyyən yolverilməzdir:

“Onu deyim ki, bu məsələdə ehtiyatsızlıq etmək olmaz. Əks təqdirdə cinsi orqanı zədələmək ehtimalı var. Bu isə öz növbəsində müxtəlif fəsadlara gətirib çıxara bilir. Bu, o qədər ciddi məsələdir ki, hətta insanın gələcəkdə sonsuz olmasına gətirib çıxara bilər.

Əhaliyə tövsiyəmiz odur ki, sünnət üçün peşəkar mütəxəssislərə müraciət etsinlər. Onda belə xoşagəlməz halların qarşısı da alınacaq. Çünki burada ciddi maddi faktor rol oynamır ki, deyək, ailələrin imkanı çatmır.

Bir ailə uşaqlarına şanlı kiçik toy edəcək maddiyyat tapa bilirsə, yaxşı olardı ki, onun sağlamlığını düşünüb peşəkar mütəxəssislərə müraciət etsinlər. Mən razıyam, elə dəlləklər var ki, uzun illər bu işi gördükləri üçün tibbi bilikləri kifayət qədər olmasa da, heç həkim onun qədər səliqəli iş görə bilmir. Amma indi o dövr deyil ki, məcburiyyət olsun.

O dövrdə mütəxəssislərin sayı az olduğu üçün bu insanlara ehtiyac var idi və onlar da gəlib bir dəfəyə 10-15 uşağı sünnət edib gedirdilər. Toplu sünnət özü də uşaqların psixologiyasına ziyandır. Məhz bu səbəbdən damarların istiqamətini, prosesin hansı istiqamətdə aparılmasını daha dəqiq həkimlər bilirlər. Yaxşı olar ki, bu, valideynlərin diqqətində qalsın”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar