Xəbər lenti
Şagirdlərdə platonik sevgi və aqressiya xəstəliyi - “Xüsusən də, qızlardan ehtiyatlı olun”
Yeniyetməlik dönəmindəşagird və tələbələrdə platonik sevgilərə tez-tez rast gəlinir. Onlar bəzən tanınmış müğənniyə, film ulduzuna, hətta müəllimlərinə belə aşiq olduqlarını zənn edirlər.
Türkiyəli psixoloq Murad Sarısoy,“platonik”sevgi yaşayan uşaq və tələbələrdə ailələrin davranışının xüsusi əhəmiyyət kəsb etdiyi qənaətindədir.“Platonik” sevgi reallaşması xəyal olan, qeyri-real duyğu formasıdır.
Bu sevginin, adətən gənc qızlarda daha çox müşahidə olunduğu iddia edilir. Ancaq araşdırmalar göstərib ki, duyğunun rast gəlinmə faizi oğlanlarda da qızlarda olduğu kimidir.
Belə yeniyetmələr sevgiləri uğruna bütün qayda-qanunları, hətta həyatlarını belə heçə saymağa meylli olurlar. Bu səbəbdən, intihar edən yeniyetmələrin sayı da az deyil. Belə halla qarşı-qarşıya qalan valideyn xüsusilə diqqətli olmalıdır.Çünki ailəsindən qınaq görən yeniyetmə beynində canlandırdığını sevgiyə daha çox bağlanır. Bu sevgi onun həyatının məqsədinə çevrilə bilər.Valideyn bilməlidir ki, cəzalandırılmaq istiqamətində atacağı hər hansı addım övladına mənfi təsir göstərməkdən başqa bir işə yaramayacaq.
Psixoloqlar ən məntiqli yanaşma kimi bunun keçid dövrünün məhsulu olduğunu qəbul etməyi və cəzalandırıcı davranışlardan qaçmağı məsləhət görürlər. Əgər, yeniyetmə,duyğularını valideyni ilə bölüşsə, ailə son dərəcə soyuqqanlı və anlayışlı davranmalı, hadisəni normal qəbul etməlidir.
Çünki platonik sevgi zamanla yerini real sevgiyə ötürür.
Qeyd olunan fikirlər Azərbaycanda da ciddiliyini qoruyur.
Pediatr Vaqif Qarayev hesab edir ki, valideynlər müəyyən yaşdan sonra uşaqları ilə dost olmalıdırlar. Onları dinləməyi bacarmalı, ünsiyyətdən qaçmamalı, səhv edibsə beləaqressivlikolmamalıdırlar:
“Aqressiya cavab olaraq, eləaqressiya yaradacaq! Xüsusilə qızlarla ehtiyatlı olmaq lazımdır. Ailə yeniyetmə qızın orqanizmində gedən fizioloji dəyişiklərdən xəbərdar olmalı və bunları olduğu kimi izah eləməlidir.
Bizdəövladla valideyn arasında “pərdə” məsələsi var.Bu, əksər hallarda nəticəyə mane olur. Uşaqlar pisi-yaxşını böyüdüyü ailədə eşitməlidirlər. Əks təqdirdə, ətrafdan, küçədən, ancaq pisi götürəcəklər”.
Pediatr uşaqların internetdən istifadə edərkən valideynləri daha diqqətli olmağa səsləyib:
“Hazırda internet əsridir.Yeniyetmələr internetdən istədikləri məlumatı əldə edirlər. Onlayn yazışmalar da indiki texnologiyanın məhsuludur. Valideyn gərək bu məsələdə diqqətli olsun. Uşaqları nəzarətsiz buraxmaq olmaz. Hamı üçün hazır resept yoxdur.Hər valideyn övladına fərdi yanaşmalıdır. Bu mənada anaların dünyagörüşü çox əhəmiyyətlidir. Cahil analar bir qayda olaraq uşaqlarını idarə edə bilmirlər. Ona görə də nəticəxoşagəlməz olur”.azedu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar