Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Saxta əlillik təyinatı verən məmurlara zərbə - Ödənilən pulları geri qaytaracaqlar - VİDEO

Tarix: 23-01-2019 19:26     Baxış: 3251 A- / A+
Saxta əlillik təyinatı verən məmurlara zərbə - Ödənilən pulları geri qaytaracaqlar - VİDEO


Əsassız şəkildə əlillik təyin edilmiş 1055 nəfərdən onlara ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür.
Manevr.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev deyib.

Onun sözlərinə görə, sosial ədalətin, şəffaflığın və ünvanlılığın təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər bu il də davam etdiriləcək.

Şöbə müdiri qeyd edib ki, yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması mexanizmləri var.

Sabir Qocayev bildirib ki, vətəndaşa ödənilən vəsait bir sıra hallarda yalnız özü tərəfindən geri qaytarılmır. Belə ki, vəzifəli şəxslərin saxta əlillik təyinatında iştirakı da nəzərə alınır.

Təbii ki, bu tədbirlərlə razı olmayan şəxslər də ola bilər. Belə olan təqdirdə problem məhkəmələr vasitəsilə öz həllini tapır. Vəsaitləri qaytarmağa borclu olanların digər gəlirlərindən bu vəsaitlərin məcburi qaydada büdcəyə yönəldilməsi həyata keçirilir. Aparılan tədbirlər nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatı 61%, I qrup təyinatlar isə 56% azalıb, 3 milyon manat büdcə vəsaitinə qənaət edilib.xezerxeber.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar