Xəbər lenti
Qəza törədən polis: "And olsun Allaha, günahsızam..."
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan elan edib.
İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin "Ford" markalı avtomobili toqquşub.
Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.
Məlum olub ki, qəza baş verən zaman "Range Rover"in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.
İttihama münasibət bildirən Xəyal Məmmədov özünü təqsirli bilməyib. Qeyd edib ki, avtomobili idarə edərkən sürət həddini aşmayıb, hadisə yerindən qaçmayıb.
Onun sözlərinə görə, işdən çıxandan sonra paytaxtın mərkəzi istiqamətinə gəlib: "Qarşıdan gələn "Mercedes" qəfildən mənim yoluma çıxdı və avtomobilimi vurdu. And olsun Allaha, mənim maşını saxlamaq imkanım yox idi. Məni yolumdan vurub çıxardı, avtomobilim dərəyə düşdü.
Avtomobilim yanırdı, özümü güclə çıxardım. Mən dərhal təcili tibbi yardıma zəng etmişəm. Gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxarmışam. Sonra polisə zəng etmişəm, hadisəni demişəm. Səhər saat 4-ə kimi Abşeron rayon Polis İdarəsində olmuşam".
Xəyal Məmmədov ibtidai istintaqa nəzarət edən Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisinin onunla şəxsi qərəzlik apardığını iddia edib: "Həsrət mənimlə prinsipə düşüb, ona görə işi belə qurublar. Mənə dedi ki, sənə kömək etmək istəyirik, amma bilmirik necə edək. Mən də qayıtdım ki, günahım yoxdur.
O isə hadisə yerindən qaçdığımı iddia etdi. Mən də dedim ki, əgər qaçmışamsa, görüntüyə baxın. Sürət həddi 60-70 olub, yüksək sürətlə də avtomobili idarə etməmişəm".
Xəyal Məmmədov indiyədək nümunəvi polis olduğunu deyib: "Binəqədidə yanan binada sakinləri xilas etdiyim üçün, cənab nazirimiz məni polis akademiyasında oxumağa göndərib. 7 il cənab nazirin mühafizəsində çalışmışam".
Növbəti proses yanvarın 30-da davam edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar