Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Boşanmış qadın başqasını sevə bilər" — Sədaqət Qəhrəmanova

Tarix: 23-01-2019 16:33     Baxış: 4285 A- / A+
"Boşanmış qadın başqasını sevə bilər" — Sədaqət Qəhrəmanova

"Azərbaycanda qadınlar qarşısına məqsəd qoyur ki, mütləq ərə getməlidirlər".

Manevr.az "ölkə.az"a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

S.Qəhrəmanova deyib ki, qadınlar "ailə qurum", kişi mənə arxa dursun" düşüncəsindən uzaqlaşmalıdır:

"Biz bu gün təəccüblənirik ki, niyə nikah yaşı artır. Kənd yerində boşanan qadın müəyyən problemlər, zorakılıq, təzyiqlərə məruz qalır. Nəticədə kəndi tərk edib, Bakıda başqası ilə rastlaşır və qeyri rəsmi uşaq dünyaya gətirir. Onunla münasibət alınmır. Sonra yenə başqası ilə ailə qurur, ondan da uşaq dünyaya gətirir. Həmin xanıma sual verirəm ki, sən qarşına ərə getmək məqsədi qoymusan, ya o uşaqları böyütmək? Qadınlar "ailə qurum, bir kişi mənə arxa dursun" düşüncəsindən uzaqlaşmalıyıq. Qadınlar qarşısına məqsəd qoyur ki, mütləq ərə gedim. Ərə getmək xatirinə ərə gedəndə də ailənin davamlılığı möhkəmliyi olmur".
Sədr müavini qeyd edib ki, qadınlar düşünərək ailə həyatı qurmalıdır:

"Həm də karyera üzərində düşünmək lazımdır. 30 yaşında və ya 35 yaşında ərə gedəcəksə problem deyil. Mən 34 yaşında ailə həyatı qurmuşam və dörd uşağım var. Hər şey də yaxşıdır".

Sədr müavini həmçinin vurğulayıb ki, boşanmış qadın başqasını sevə bilər:

"Azərbaycanda boşanmış kişilərin keçmiş həyat yoldaşlarına qarşı zorakılıq göstərməsi ilə bağlı faktlarla çox qarşılaşırıq. Kişi qadından boşanıbsa, artıq onun üzərində heç bir hüququ yoxdur. Kişinin hüququ yalnız uşaqları üzərindədir. Boşanmış qadın başqasını sevə bilər və yenidən ailə həyatı qura bilər. Bu, onun hüququdur. Keçmiş həyat yoldaşının ixtiyarı yoxdur ki, boşanmış arvadının ailə qurmasına mane olsun, onu öldürsün. Təəssüf edirik ki, Azərbaycanda boşanmış kişilərin keçmiş həyat yoldaşları üzərində təzyiqləri, onların yenidən ailə qurmasına mane olması və zorakılıq göstərməsi ilə bağlı faktlarla rastlaşırıq. Problemin həlli üçün bu istiqamətdə maarifləndirici işlər artırılmalıdır. Burada medianın da üzərinə böyük öhdəlik düşür. Bu istiqamətdə maarifləndirici işlər görülməlidir və həmin insanların düşüncələrinə təsir edilməlidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar