Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimov Azərbaycanda 300 işçi axtarır

Tarix: 23-01-2019 15:58     Baxış: 3643 A- / A+
Mübariz Mənsimov Azərbaycanda 300 işçi axtarır

Tanınmış biznesmen həmvətənləri üçün vakansiya elan edib.

Azərbaycanlı iş adamı, Türkiyədə çalışan Mübariz Mənsimov "İnstagram" hesabında şirkətində vakant yerlərə vakansiyanın olması haqda məlumat paylaşıb.

Manevr.az xəbər verir ki, biznesmen Azərbaycan vətəndaşları üçün 300 yerə vakansiya elan edib. Sözügedən statusu təqdim edirik:

"Dəyərli dostlarım, bacılarım və qardaşlarım. Mənə hər zaman müraciət edirsiz. Hamısını tək-tək oxuyuram. Sizin ürək sızladan mesajlarınızı oxuyub, kömək edə bildiyim qədər yardım da etməyə çalışıram. İşsizlikdən, ailələrinizə baxa bilmədiyinizdən gileylənirsiniz. Bura gəmiçi şirkətidir. Mənim də sizə təklif edə biləcəyim işlər sırf bu sahəyə uyğundur. Ona görə də, şirkətdə bir araya gəlib yeni vakant yerlər açdıq. Gəmilərimizə əlavə 300 işçi götürəcəyik. Bu arada onu da sevinərək və qürurlanaraq deyim ki, gəmilərimizdə çalışan işçilərimizin 60 faizi həmvətənlərim, Azərbaycan vətəndaşlarıdır. Amma bu işdə siz də bizə kömək etməlisiniz. Dənizçilik sənəti olmayan, amma bizdə işləmək istəyən dostlar, Bakıda artıq uzun zamandır anlaşdığımız və çalışdığımız iş ortağımız var: İlham Nəsirov i.nasirov@az-mariner.az (+994 55 226 48 99), O, sizə düzgün istiqamət verəcək. Dənizçilik kurslarına yönləndirəcək və siz də oranı bitirdikdən sonra bizim gəmilərdə işə götürüləcəksiniz. Maaşlarımız ailənizi saxlaya biləcək maaşlardır. Bizdən ofis işi gözləməyin, bu bir dənizçi şirkətidir. Bizim pulumuz dənizdən çıxır. Biz bəzi məmurlar kimi haram yolla pul qazanmır, dövlətin cibinə girmirik, xaricə pul qaçırtmırıq. Biz əziyyətlə, halallıqla qazanırıq və qazandığımızı yenə xalqımızın yolunda xərcləməkdən qürur duyuruq. Kaş ki, xaricdə yaşayan digər azərbaycanlı iş adamlarımız da öz həmvətənlərimizə kömək olaydılar.

Bizim dövlət güclü dövlətdir. Güclü dövlət qalması üçün birlikdə çalışmalı, insanımızın da güclü, savadlı, sağlam olmasına nail olmalıyıq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar