Xəbər lenti
AzTV-də kütləvi dəyişiklik: Alışanovun kadrları yoxlanılır
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları ilə bağlı suallara aydınlıq gətirilib.
Manevr.az xəbər verir ki, qurumun mətbuat katibi Xatirə Qasım Modern.az-a açıqlamasında televiziyada kadr islahatları aparıldığını təsdiqləyib. O bildirib ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Aparat rəhbəri Dəyanət Cəfərov öz ərizəsilə işdən ayrılıb:
Onun işdən çıxması indiki kadr islahatları ilə bağlı deyil, bu, hələ Arif Alışanovun sədrliyi dövründə baş verib.
"Aparat rəhbəri vəzifəsinə Cabbar Quliyev gətirilib. O bundan əvvəl “Mədəniyyət” telekanalında direktor müavini, İctimai Televiziya da isə baş direktor müavini vəzifələrində çalışıb.
İqtisadiyyat baş departamentinin rəisi Şahrza Əliyev, Maliyyə şöbəsinin müdiri Malik Nağıyev, baş mühasib Məmmədəli Ağayev tutduqları vəzifədən azad olunublar. Şahrza Əliyevin yerinə isə Auditorlar Palatasının əməkdaşı olmuş Natiq Kərimov gətirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar