Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

Tarix: 23-01-2019 14:53     Baxış: 3168 A- / A+
Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

Daşınmaz əmlaklarını dövlət qeydiyyata almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var. Bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakın qeydiyyatı kalkulyatoru” elektron xidməti vətəndaşların istifadəsindədir.

Manevr.az
xəbər verir ki, artıq 20 mindən çox ölkə vətəndaşı, fiziki və hüquqi şəxs tərəfindən informativ elektron xidmətə müraciət olunmuşdur.
Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslərə əlavə vaxt qazandırır, prosesdə şəffaflığı və səmərəliliyi artırır. “Əmlakın qeydiyyatı kalkulyatoru”-nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlak haqqında tələb olunan xüsusiyyətləri daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun rəqəmiəldə edə bilər. Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportunəldə edilməsi, əmlakın qabaqcadan qeydiyyatı, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik və sürətli şəkildə əvvəlcədən hesablamaq mümkündür.

Elektron xidmətdən istifadə etmək istəyən vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 13-cü elektron xidmət olan “Əmlak kalkulyatoru” bölməsinə daxil ola bilər. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi xidmətlər barədə məlumatlandırmanın aparılması, prosedurların sadələşdirilməsi, operativ xidmətlərin göstərilməsi vətəndaşların bu prosesə marağını artırır.metbuat.az
Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar