Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə 59 yaşlı poçtalyon qadın gün ərzində 10 km. yol qət edir - VİDEO

Tarix: 22-01-2019 19:54     Baxış: 4282 A- / A+
Mingəçevirdə 59 yaşlı poçtalyon qadın gün ərzində 10 km. yol qət edir - VİDEO



Mingəçevirdə 59 yaşlı poçtalyon qadın gün ərzində 10-15, 1 aya isə 250-300 km-dən çox piyada yol qət edir.

Manevr.az-ın xezerxeber-ə istinadən məlumatına görə, Mingəçevirdə yaşayan Zərinə Həbibova qadınların az-az maraq göstərdiyi poçtalyonluq peşəsi ilə məşğuldur.

16 ildir ki, qar-yağış, isti-soyuq demədən ona verilən ərazini gəzib, məktub paylayır. Xanım poçtalyon yaşının bu çağında hələ yorğunluq hiss etmir. O, hər səhər tezdən işlədiyi 4 saylı poçt şöbəsinin divarında yerləşdirilən qutuya yaxınlaşıb məktubları götürür. Ünvanları müəyyən etdikdən sonra isə işə başlayır. Çatdırdığı məktubların sahibləri, oxuyub sevinəndə isə sanki ona güc gəlir. Gün ərzində 50-60 məktub paylayan qadın, əsgər məktublarını valideynlərinə çatdıranda daha çox sevinir.

Zərinə Həbibova hündürmərtəbəli binalara məktub aparan zaman vətəndaşları tapmadıqda bəzi hallarda 3-4 dəfə qalxıb-düşdüyünü deyir. Yaşının bu çağında yorulmaq bilməyən qadın ayın 4 günü istirahət edir, amma bu günlərdə də hərəkətini dayandırmır.

Mingəçevirdə yaşayan sakinlər də illərdir onlara xidmət edən qadın paçtalyonun məsuliyyətli, mülayim biri olduğunu deyirlər.

Avtomobil sürmək bacarığı da olan zərif cinsin nümayəndəsi, sürətli yerişi ilə daha çox məktub paylamağın mümkün olduğunu deyir. Yorulmaq bilməyən 59 yaşlı qadın bildirir ki, onun üçün ən böyük zövq insanların sevincini bölüşməkdir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar