Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Emin Ağalarova xəbərdarlıq: ABŞ-a gəlmə, həbs edəcəklər

Tarix: 22-01-2019 15:08     Baxış: 3250 A- / A+
Emin Ağalarova xəbərdarlıq: ABŞ-a gəlmə, həbs edəcəklər

Məşhur müğənni Emin Ağalarov yanvarın sonu ABŞ-da baş tutacaq konsert turunu ləğv edib.

Buna səbəb Emin Ağalarovun amerikalı agentinin ona göndərdiyi xəbərdarlıq mesajı olub. Mesajda deyilir ki, xüsusi prokuror Robert Müller üçün işləyən FTB agentləri onu ABŞ-da həbs edə bilərlər.

ABŞ və Kanadada planlaşdırdığı konsertlərini təxirə salması barədə E.Ağalarov instaqram səhifəsində video-ismarıc yayımlayıb. Müğənni pərəstişkarlarına müraciət edərək bu xəbəri açıqladığı üçün çox məyus olduğunu və hadisələrin gedişatının əsirinə çevrildiyini bildirib.

"ABŞ və Kanadada baş tutacaq konsertlərimi təxirə salmaq məcburiyyətindəyəm. Təəssüf ki, baş verənlər mənim istəklərimlə uzlaşmır. Konsertlərə bilet alanlardan dərin təəssüflə üzr istəyirəm. Planlarda dəyişiklik baş verən kimi, sizi xəbərdar edəcəyik".

"The İndependent" qeyd edir ki, Emin Ağalarov və onun britaniyalı prodüseri Rob Qoldsteyn 2016-cı ilin yayında Donald Trampın oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında Nyu-Yorkda görüşün təşkil olunmasında mühüm rol oynayıblar. Həmin görüş kiçik Donaldın Hillari Klinton barəsində kompromatlar alması üçün təşkil olunmuşdu. Hazırda həmin görüşü xüsusi prokuror Robert Müller araşdırır. Emin və atası Araz Ağalarovun adı Müllerin təhqiqatının başqa epizodlarında da keçir.

Onu da xatırladaq ki, bir zamanlar Donald Tramp və Emin Ağalarov yaxın dost olublar./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar