Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zakir Qaralovdan jurnalistin hədələnməsi ilə bağlı MÜRACİƏT

Tarix: 22-01-2019 12:55     Baxış: 3229 A- / A+
Zakir Qaralovdan jurnalistin hədələnməsi ilə bağlı MÜRACİƏT

Azərbaycan Baş prokurorluğu “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun 19-29 noyabr 2018-ci il tarixlərində Kiyev şəhərində naməlum şəxslər tərəfindən üzləşdiyi təqib və hədələr ilə bağlı Ukrayna Baş prokurorluğuna rəsmi müraciət edib.

Azərbaycan Mətbuat Şurasından verilən məlumata görə, Baş prokuroluqdan bununla bağlı bildiriş daxil olub.
Azərbaycan Baş prokurluğunun Ukrayna tərəfinə müraciətində jurnalist M.Aslanovun Kiyev şəhərində təqib və ölümlə hədələnməsi faktına görə şəhərin Peçerskiy rayon polisində istintaqı aparılan cinayət işinin ölkənin Baş prokuroru tərəfindən nəzarətə götürülməsi, təqsirkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması və jurnalistin gələcəkdə bu ölkədə təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımların atılması istənilir.

Qeyd edək ki, ötən ilin 19-29 noyabr tarixlərində “Report” İnformasiya Agentliyinin redaktoru Mübariz Aslanov Kiyev şəhərinə xidməti ezamiyyət zamanı mütəmadi olaraq naməlum şəxslərin olduğu AA-6164-BI dövlət nömrə nişanlı "Şkoda" markalı avtomobil tərəfindən təqib olunaraq fotoları çəkilib, eyni zamanda küçədə qarşısı kəsilərək silahla hədələnib. Azərbaycan Mətbuat Şurası bununla bağlı Ukraynanın Bakıda səfirliyinə müraciət də ünvanlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar