Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti əsəbiləşdi: “Çox nahaq adımı o siyahıya salıblar...”

Tarix: 22-01-2019 12:30     Baxış: 3228 A- / A+
Xalq artisti əsəbiləşdi: “Çox nahaq adımı o siyahıya salıblar...”

AzTV-nin efirinə “stop” qoyulan məşhurlar arasında xalq artisti Niyaməddin Musayevin də adı var. Bildirilir ki, bayağı müğənnilərlə yanaşı, dövlət tərəfindən fəxri adlar alan müğənnilərin də efirə girişi məhdudlaşdırılıb.

Xalq artisti Niyaməddin Musayev moderator.az-a açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını, onun həmişə AzTV-də çıxış etdiyini bildirib:

“Bu siyahını kim tərtib edib bilmirəm, amma deyilənlər həqiqətə uyğun deyil. AzTV mənə qadağa qoymayıb, axı. Bir neçə ay öncə konsertimi də çəkiblər. Bundan sonra Həsən Turabovun anım günündə verilişə dəvət edilmişəm. Başqa nə olmalıdır ki. Çox nahaq adımı o siyahıya salıblar”.

Xatırladaq ki, AzTV-yə girişi məhdudlaşdırılan məşhurlar arasında Flora Kərimova, Nazpəri Dostəliyeva, Aygün Kazımova, Elmira Rəhimova, Nüşabə Ələsgərli, Firuzə İbadova, Rühəngiz Allahverdiyeva, Mətanət İsgəndərli, Nisə Qasımova və başqaları var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar