Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müstəntiqin SON QƏRARI: “Hacı Mazan”ı 5 ilədək həbs gözləyir

Tarix: 21-01-2019 12:17     Baxış: 3345 A- / A+
Müstəntiqin SON QƏRARI: “Hacı Mazan”ı 5 ilədək həbs gözləyir

Binəqədi Rayon Polis İdarəsində “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov və adamlarının hərəkətləri ilə bağlı araşdırma başa çatıb. İdarənin müstəntiqi Samid Şabanov son qərarını verib və işi Binəqədi Rayon Prokurorluğuna göndərib.
Qərara görə, Ramazan Zeynalov, onun sürücüsü Rəşad Kərimov və iş adamına məxsus “İnam Bayram” MTK-nın əməkdaşı Yunis Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs və ya təkrar tərəfindən xuliqanlıq) cinayət işi başlanıb. Bu əmələ görə təqsirli bilinən şəxsi iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Xatırladaq ki, “Hacı Mazan” və adamları Binəqədi rayonunda “İnam Bayram” MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.
Qeyd edək ki, indiyədək “Hacı Mazan”ın adı müxtəlif cinayət hadisələrində hallansa da, tanınmış iş adamı həmişə bu işlərdən zərərsiz xilas ola bilib. İlk dəfədir ki, Ramazan Zeynalovla bağlı cinayət araşdırması bu mərhələyə qədər gəlir.bakupost

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar