Xəbər lenti
Güzəştli mənzilləri əldə etmək daha RAHAT OLACAQ - Qaydalar DƏYİŞDİ
Prezidentin 14 yanvar tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda dəyişikliklər edilib.
Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, yeniliklərdən biri "Güzəştli mənzil" sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır. Bu dəyişiklik vətəndaşlara agent banklar tərəfindən veriləcək kreditin məbləğini və müddətini öncədən müəyyən edərək mənzil seçimini və onun əldə edilməsini rahatlaşdıracaq.
Daha bir yenilik mənzillərin satışı müddətində mənzil seçimi edə bilməyən şəxslərə mənzil əldə etmək imkanının yaradılmasıdır. Belə ki, "Güzəştli mənzil" sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.
Digər yenilik Agentlik tərəfindən mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcəkdir.
"Güzəştli mənzil" sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcəkdir.sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar