Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Başınız qarışıb sürücülük vəsiqəsi satmağa... - Təhsil ekspertindən ağır ittihamlar

Tarix: 20-01-2019 18:37     Baxış: 4227 A- / A+
Başınız qarışıb sürücülük vəsiqəsi satmağa... - Təhsil ekspertindən ağır ittihamlar


Tanınmış təhsil eksperti Etibar Əliyev Dövlət Yol Polisindən (DYP) açıq narazılıq ifadə edənlərin sırasına qoşulub.


Manevr.az
-ın məlumatına görə, E.Əliyev "Facebook”da paylaşdığı statusunda DYP-ni "sürücülük vəsiqəsi satmaqda və sürücüləri pusmaqda” ittiham edib.

E.Əliyev yazır:
"Yanvarın 18-də saat 19:00 radələrində Səbail rayonu ərazisində, Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi "Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Mərkəzi Klinik Xəstəxananın həkim-kardioloqu, 2 ay əvvəl ailə qurmuş Lalə Sadayzadəni vurub və nəticədə xanım həkim hadisə yerində ölüb. Allah Rəhmət eləsin.

Dünyanın hər yerində piyada keçid zolaqları işıqlandırılır. Bunu hələ indiyə qədər bilmirsiniz? Dövlət Yol Polisinə qiyməti 50-60 min dollarlıq maşınlar almaq əvəzinə bunu etmək lazımdır. Başınız qarışıb sürücülük vəsiqəsi satmağa və sürücüləri pusmağa! DTX, Müdafiə Nazirliyi və Milli Məclisin yaxınlığındakı piyada keçid zolağında adam vurana da yəqin ki, sürücülük vəsiqəsini əyri yolla veribsiniz.
Neftçilərdən Qaraçuxur və Bakıxanov Qəsəbəsinə düşən yolda gecə göz-gözü görmür. Orda da zülmətin içində piyada keçidi zolağı var.

P.S. Ukraynanın əyalətlərində belə piyada keçid zolaqları içəridən işıqlandırılır. Bizdə sürücülər bu zolağı keçəndən, yaxud piyadanı vurandan sonra bunu bilirlər”/bakupost

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar