Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bizim kütləvi simvolumuz nə olsun? – Təklif

Tarix: 18-01-2019 11:25     Baxış: 3145 A- / A+
Bizim kütləvi simvolumuz nə olsun?

“Nobel mükafatı laureatı Elias Kanetti “Kütlə və hakimiyyət ” əsərində millətlərin kütləvi simvolunu onların dili, ədəbiyyatı, tarixi, ərazisi, idarəetmə üsulları, milli hissiyyatından önə çəkir. İnsana başqaları ilə daim əlaqəli olduğunu hiss etdirən yeganə dəyər kütləvi simvoldur”.

Manevr.az
xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert, fəlsəfə doktoru Etibar Əliyev deyib.

Elias Kanettiyə istinad edən ekspert vurğulayıb ki, böyük yazıçı bir neçə millətin kütləvi simvolunu işləyə bilib:

“İngilislər. Hər kəsə bəllidir ki, ingilis üçün dəniz nə deməkdir. İngilislər özlərini kiçik insan qrupları arasında gəmi kapitanı kimi görürlər. Hər bir ingilis hesab edir ki, ətrafı və ayağının altı yalnız sudan ibarətdir.

Almanlar. Onların kütləvi simvolu ordudur. Amma dünyada elə bir millət tapılmaz ki, onun meşə hisləri almanınki kimi canlı olsun. Ağacların son dərəcə səliqəli düzülüşü, onların sayı və sıxlığı alman ruhunu məmnun edir.

Fransızlar. Bu xalqın kütləvi simvolu inqilabdır. Bu ölkədə azadlıq bayramı hər il keçirilir. 14 iyulda tanış olmayan insanlar küçədə birgə rəqs edə bilərlər. Hər il sanki Bastiliya yenidən götürülür.

İsveçrəlilər. Yalnız bir dildə danışan xalqlarla müqayisədə onlarda vətənpərvərlik daha güclüdür. Burda dillərin müxtəlifliyi, kantonların sosial strukturlarının fərqi, dinlər arasındakı ziddiyyətlərin milli özünüdərkə təsiri azdır. Onları bu bəladan kütləvi simvolları xilas edir. Bu, onların gözü qarşısında dayanan tərpənməz dağlardır. İsveçrəlilər dağlarının əzəmətini hər yerdən görürlər.

İspanlar. Əgər ingilis özünü kapitan kimi görürsə, ispan özünü matodor hesab edir. O, qorxmadan müəyyən qaydalarla güclü heyvanı öldürməlidir.
O, vəhşi heyvanla təkbətək döyüşə çıxır. İspan öküzü minlərə insanın gözü qarşısında öldürməlidir. Matador milli simvola çevrilib”.

Dahi yazıçının bu fikirlərini əsas götürən Etibar Əliyev biz azərbaycanlıların nədən indiyə qədər kollektiv simvolumuzu tapa bilmədiyimiz sualına cavab axtarıb:

“Bizdə də dəniz, meşə, dağlar, bayraq rəmziləri var, Dünya Azərbaycanlılarının həmrəylik gününü qeyd edirik. Amma bunların heç biri kütləvi simvola çevrilməyib. Topxana meşəsi yadınızdadırmı? Hər şey ondan başlamadımı? Sonra nə baş verdi? Xocalı faciəsi, Şuşanın işğalı.

20 Yanvar necə? Bu da hələlik kütləvi simvolumuza çevrilə bilməyib. Amma biz 20 Yanvarda bir-birimizin yanında olduğumuzu daha artıq hiss edirik”.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar