Xəbər lenti
Gürcü politoloqdan 20 Yanvar faciəsi ilə bağlı - Açıqlama

1990-cı ilin 20 yanvarında Azərbaycanda qanlı cinayət törədənlər mütləq cəzalandırılmalıdır.
Manevr.az xəbər verir ki, bunu gürcü politoloq Tengiz Txilava jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqına dost və qardaş xalqlar üçün də faciəvi tarixdir: "Gürcüstan və Azərbaycan xalqları müstəqilik uğrunda mübarizə yolunda oxşar talelər yaşayıblar. Gürcüstanda da 1989-cu ilin aprelin 9-da eyni qanlı hadisə törədildi. Xatırlayıram ki, Tiflisdə baş verən faciədən sonra Azərbaycandan nümayəndə heyətləri Gürcüstana gələrək, gürcü xalqına dəstəyini ifadə etdi".
T.Txilava qeyd edib ki, Bakıda 20 Yanvar faciəsi baş verəndən sonra Gürcüstan da dost Azərbaycan xalqına dəstək bildirib: “O zaman mən Gürcüstanda deyildim. Lakin bir çox dostlarım və tanışlarım Azərbaycan xalqına dəstək vermək üçün Bakıya getmişdilər. Şəhidlərin doğmaları və yaxınlarına başsağlığı verirəm. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək”.
Qeyd edək ki, bu gün Gürcüstanın Milli Parlament Kitabxanasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş fotosərgi keçirilib.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar