Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Finlandiyada erməni təxribatı - xəritələr yığışdırıldı

Tarix: 17-01-2019 21:01     Baxış: 3195 A- / A+
Finlandiyada erməni təxribatı - xəritələr yığışdırıldı

"Finlandiya Azərbaycanlılarının Koordinasiya Şurası"nın əlaqələndiricisi və "Azərbaycan Türk gənclər təşkilatı"nın rəhbəri Ülviyyə Cabbarova və təşkilatın üzvü Leyli Hüseynova tərəfindən erməni təxribatının qarşısı alınıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən trend-ə verilən məlumata görə, belə ki, müxtəlif ölkələrdə davam edən Beynəlxalq Turizm sərgilərinin növbətisi 16-20 yanvar tarixlərində Finlandiyada keçirilir.

Helsinkidə Matkamessuda keçirilən turizm sərgisinə qatılan erməni şirkəti tərəfindən Azərbaycan ərazisi “Artsax” kimi təqdim edilib. Soydaşlarımız Ü.Cabbarova və L.Hüseynova sərgi keçrilən yerə gedərək ermənilərin burada təxribatla məşğul olduqlarını və Qarabağın Azərbaycan ərazisi olduğunu, “Artsax” adı altında Qarabağa turist cəlb edilməsinin təxribat xarakterli olduğunu onların nəzərinə çatdırıblar.

Erməni şirkəti ilə uzun mübahisədən sonra Ü.Cabbarova sərginin təşkilatçı admnistratorunu Ermənistan stendinə dəvət edib və durumu ona anladaraq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edən beynəlxalq sənədləri təqdim edib.

Bundan sonra, soydaşlarımızın təkidi və Admnistratorun göstərişi ilə Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi xəritə və broşürlər sərgidən yığışdırılıb.
Finlandiyada erməni təxribatı - xəritələr yığışdırıldı



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar