Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bütün banklarda standart müqavilələrdən istifadə olunacaq - VİDEO

Tarix: 17-01-2019 20:22     Baxış: 3259 A- / A+
Bütün banklarda standart müqavilələrdən istifadə olunacaq

Bütün banklarda standart müqavilələrdən istifadə olunacaq. Artıq Banklar Assosiasiyasının ekspert qrupu bu müqavilələrin hazırlanması üçün işlərin 80 faizini yekunlaşdırıb. Təşkilatın hüquqi Məsələr üzrə ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev bildirir ki,standart müqavilələrdə həm bankların, həm də müştərilən hüquqları daha yaxşı təmin ediləcək.
Qorxmaz Ağayev bildirir ki, standart müqavilələrvətəndaşların maliyyə savadlılığının artmasına da səbəb olacaq. Bu müqavilələrin kredit, depozit, əmanət və digər bank əməliyyatlarında istifadə olunması nəzərdə tutulur. Ekspert qrupunun rəhbəri bildirir ki, qısa zamanda müqavilələrin istifadəsinə başlanacaq.

Qorxmaz Ağayev bildirir ki, banklar bu müqavilələrdən könüllülük əsasında istifadə edəcəklər. Bununla belə banklar müasir dövrün tələbi olan bu müqavilələrdən istifadə etməkdə özləri maraqlı olacaqlar.

Onu da da qeyd edək ki, standart bank müqavilələrindən istifadə olunması bir müddət öncə irəli sürülmüşdü. Buna səbəb isə öncəki müqavilələrdə müştəri hüquqlarının tam ifadə olunmaması, hüquqların düzgün izah edilməməsi səbəbindən sonradan bir sıra mübahisələrin ortaya çıxması olub. Yeni standart müqavilələr isə hər iki tərəfin hüquqlarının bərabər ölçüdə və açıq müəyyən edilərək sonradan yarana biləcək mübahisələri öncədən aradan qaldırmağı hədəfləyir.xezerxeber.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar