Xəbər lenti
Şəhidlər xiyabanında hazırlıq işləri görülür
Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri davam etdirilir.
Qeyd edək ki, artıq insanlar Şəhidlər xiyabanını ziyarət etməyə başlayıblar. Ziyarətə gələnlər arasında müəllimlər, gənclər, orta məktəb şagirdləri də var. Onlar şəhidlərin qəbirlərini ziyarət edir, məzarları üzərinə qərənfillər qoyurlar.
Xatırladaq ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar