Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Göydələn sakinləri üçün vacib – Fərman

Tarix: 17-01-2019 14:49     Baxış: 3174 A- / A+
Göydələn sakinləri üçün vacib – Fərman

Prezidentin 16 yanvar 2019-cu il tarixli Fərmanı ilə İnzbati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Məcəllədə mənzil qanunvericliyinin pozulmasına görə əlavə cərimələr tətbiq ediliməsi nəzərdə tutulub.

Manevr.az
xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib.

“Dəyişikliyə görə, MTK-lar bir ay müddətində ləğv edilərək, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) çevrilməli və ya həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görməlidirlər. Əks halda vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcək. Bunun üçün kooperativ binanın tikintisi tam başa çatmalı və həmin binada yaşayan sakinlərin 50%-dən çoxunun kupçası olmalıdır”, - ekspert bildirib.

İqtisadçı bildirib ki, İnzbati Xətalar Məcəlləsinə dəyişiklik həmçinin bələdiyyələrin də məsuliyyətini artırır:

“Bələdiyyələr Məcəllənin tələblərinə uyğun olaraq, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi ilə bağlı tədbirlər görməlidirlər. Mənzil Məcəlləsinin 141.4-cü maddəsinə görə, çoxmənzilli bina sakinləri altı ay ərzində həmin binanın idarə edilməsi üsulunu seçməzsə, bələdiyyə bu məsələnin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Əgər bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilməzsə və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərar həyata keçirilməzsə, bələdiyyə idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bütün bu addımlar atılmazsa, bələdiyyələrin vəzifəli şəxsləri 300 manatdan 500 manatadək cərimə ödəməli olacaqlar”.

Ekspert vurğulayıb ki, vəzifəli şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydanı pozaraq çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsinə görə 500 manatdan 800 manatadək, hüquqi şəxslər isə 500 manatdan 2000 manatadək cərimə edilir:

“Əgər bina sakini ona məxsus olan sahənin, habelə binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırarsa, o zaman ödənilməli olan ödənişlərin məbləğinin 100%-dən 150%-nədək cərimə edilir. Əgər kimsə çoxmənzilli binanın sahə mülkiyyətçilərinə binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədərsə, vəzifəli şəxslər 300 manatdan 800 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir”.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar