Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

1055 nəfərin əlillik təyinatı ləğv edilib

Tarix: 17-01-2019 13:06     Baxış: 3202 A- / A+
1055 nəfərin əlillik təyinatı ləğv edilib

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin may ayından etibarən Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalar zamanı 1055 nəfərə əsassız əlillik dərəcəsinin verildiyi aşkarlanıb və bu təyinatlar dərhal ləğv edilib”.
Manevr.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Şöbə müdirinin sözlərinə görə, həmin əlillik təyinatları ilə bağlı verilən pensiya, müavinət və təqaüd ödənişləri də dayandırılıb:

“Ödənilmiş vəsaitin bərpası üzrə tədbirlər görülüb. Əsassız təyinatların ləğv edilməsi ilə 3 milyon manat büdcə vəsaitinə qənaət olunub”.

Nazirlik rəsmisi bildirib ki, ümumən əlilliyin qiymətləndirilməsi prosesinə ciddi nəzarətin tətbiqi, bu sahədə şəffaflığın təmin olunması üçün görülən tədbirlər 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatının 61%, o cümlədən I qrup əlillik təyinatlarının 56% azalması ilə nəticələnib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar