Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq… – Nazirlik

Tarix: 16-01-2019 20:21     Baxış: 3199 A- / A+
Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq… – Nazirlik

Ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq, 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək.

Manevr.az
xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

“Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.

Bu məqsədlə Sosial Sığınacaqda müvəqqəti xidməti bölmə də yaradılıb. Əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66.

Vətəndaşlardan gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə qeyd olunan nömrələrə zəng vuraraq, habelə nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Sığınacaqlara yerləşdiriləcək şəxslər burada yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqlar”, – nazirlik bildirib.minval.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar