Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı meri icra başçılarına ciddi tapşırıq verdi

Tarix: 16-01-2019 16:44     Baxış: 3150 A- / A+
Bakı meri icra başçılarına ciddi tapşırıq verdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov yanvarın 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə ilə əlaqədar paytaxtın rayon icra hakimiyyəti başçılarına ciddi tapşırıqlar verib.

E.Əzizovun tapşırığı ilə icra hakimiyyətlərində Fövqəladə hallar komissiyaları xüsusi qərargahlar yaradıblar.

BŞİH də daxil olmaqla, Bakının bütün rayonlarının icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçib.

BŞİH-dən həmçinin bildirilib ki, şəhər icra hakimiyyəti qış mövsümünə tam hazırdır.

"Hələ ötən ilin noyabrından qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində tədbirlər planı təsdiq olunub. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvləri, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin qardan təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlara tapşırıqlar verilib. Şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatlaın sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar