Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ

Tarix: 16-01-2019 09:45     Baxış: 3157 A- / A+
Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib

2018-ci ildə ölkədə Ədliyyə Nazirliyinə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı ümumilikdə 5111 müraciət olub.

Manevr.az
xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən moderator.az-ın sorğusuna cavab olaraq bildirilib.

Ötən il ölkədə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 2891 şəxs, soyad sonluğunun dəyişdirilməsi ilə bağlı isə 2220 şəxs müraciət edib.

Rəsmi məlumata görə, 2017-ci ildə isə ümumilikdə 5552 nəfər nazirliyə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıb:

“Onlardan 3013 nəfəri adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı, 2539 nəfəri isə soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olub”.

Müraciət edənlərin yaşı və cinsi ilə bağlı məsələyə gəldikdə, rəsmi məlumatda qeyd edilib ki, bununla bağlı statistika aparılmadığından, eləcə də "İnformasiya əldə etmək haqqında" Qanunun 21.2.5-ci maddəsinə əsasən sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb etdiyindən onların cavablandırılması mümkün deyil.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar