Xəbər lenti
Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

“Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı yaşadığı evin qarşısından lövhənin oğurlanması ilə bağlı xəbərlər doğrudur”.
Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Novxanı kəndinin keçmiş icra nümayəndəsi Elnur Əliyev deyib.
Elnur Əliyevin sözlərinə görə, hadisə ötən gecə baş verib: "Elə səhər saatlarında hadisə yerinə polislər gəlmişdi. Yəqin ki, faktla bağlı artıq cinayət işi başlanılıb. Çox güman ki, bunu kəndin avaraları törədib. Çünki həmin lövhə o vaxt çox qiymətli materialdan hazırlanmışdı".
Qeyd edək ki, hadisə yanvarın 15-nə keçən gecə baş verib. Səhər açılanda kənd sakinləri üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.
Məlumat üçün bildirək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























